• Poeziya – ürəkləri məftun edən müdriklikdir. Müdriklik isə fikir himnini ifa edən poeziyadır. (Cübran)
  • Poeziya – sadəcə gözəl söylənmiş bir fikir deyil. O qanayan yaranın və ya gülümsəyən dodaqların nəğməsidir. (Cübran)
  • Poeziya – sevinc, ağrı, təəccüb və bir az da lüğətdən götürülmüş sözlərin axınıdır. (Cübran)
  • Proqramımız sadə: İtaliyanı idarə etmək istəyirik. (Benito Mussolini)
  • Pulsuz pendir yalnız siçan tələsində olur. (Əhməd Şərif İzgörən)
  • Pulu sevmirsənsə Kanadada yaşa. (Ceyms Hetfild)
  • Pis hadisədən sarsılmamaq üçün düşünmək lazımdır ki, bundan da pis ola bilərdi. (Epiktet)
  • Pulu, evi, əmlakı itirmək o qədər də acınacaqlı deyil, çünki bütün bunlar insanınkı deyil.
    Acınacaqlısı insanın öz həqiqi mülkünü – ləyaqətini itirməsidir. (Epiktet)
  • Peyğəmbər yeməyi və ya içməli şeyi üfürməkdən çəkindirib. (Cəfər Sadiq)
  • Polisə qarşı deyiləm. Yalnız onlardan qorxuram. (Alfred Hiçkok)
  • Pittak səksən il ömür sürmüş, baş daşında isə bu sözlər yazılmışdır: "Ana öz oğlu üstə ağladığı kimi Lesbas da sənin üstə ağladı". (Pittak)
  • Paxıl adam bir dəfə ölmür: rəqibi haqqında tərifli sözlər eşitdikcə hər dəfə ölür. (Baltazar Qrasian)
  • Pis hərəkətlər, nə qədər yerdən birdən bitən bitkilərə bənzəsə də, yenə də insan onlardan asanca bir çox şeylər öyrənə bilər (Migel de Servantes)
  • Pul xoşbəxtlik ala bilməz, amma onu verə bilər! (Freddi Merkyuri)
  • Pulun dəyərini öyrənmək istəsəniz, borc almağa çalışın. (Bencamin Franklin)
  • Pulun alacağından deyil, pulun alacağı insanlardan qorxun! (Bencamin Franklin)
  • Pul və insan arasındakı qarşılıqlı əlaqəsi belədir: İnsan pulun saxtasını edər, pul da insanın. (Bencamin Franklin)
  • Pul hər şeyi edər deyən adam, pul üçün hər şeyi edən adamdır. (Bencamin Franklin)
  • Pul hər şeydir deyən adam pul üçün hər şeyə gedər. (Bencamin Franklin)
  • Pis bir sülh, müharibədən daha bərbaddır. (Qai Korneli Taçit)
  • Peşman deyiləm yaşadıqlarıma! Əsəbiyəm bəlkə də yaşaya bilmədiklərimə! (Nazim Hikmət)
  • Peşman deyiləm! Yalnız dön bax arxana; Nə üçün, nələrdən imtina etdin? Nələr varkən, sən nəyi seçdin. (Nazim Hikmət)
  • Platon mənim üçün əzizdir, amma həqiqət ondan da əzizdir. (Aristotel)
  • Poeziya fəlsəfəyə tarixdən daha yaxındır. (Aristotel)
  • Pisliyin ruhda iki şəklə büründüyünü söyləmək gərək; biri bədəndə xəstəliyin o biri çirkinliyin qarşılığıdır. (Platon)
  • Puldan da vacib şeylər var, amma pulsuz bu şeyləri əldə edə bilməzsən. (Merime)
  • Poeziya ən yaxşı sözlərin ən yaxşı düzümü deyil, poeziya dilin ali mövcudluq formasıdır. (İosif Brodski)
  • Pul ağıllı adam üçün vasitə, axmaqlar üçünsə məqsəddir. (Adrian Dekursel)
  • Pul üçün satmadım özümü, müvəffəqiyyətə böyük bir əvəz verdim. (Oskar Uayld)
  • Pessimist hər imkanda çətinliklər görür, optimist hər çətinlikdə imkanlar görür. (Uinston Çörçill)
  • Pulsuz sülh olmaz. (Uinston Çörçill)
  • Pislikdən danışmaq yaradıcılığı hamıya verilib. (Xudu Məmmədov)
  • Pislər pisləri pisləşdirdiyi qədər yaxşılar yaxşıları yaxşılaşdırmırlar. (Xudu Məmmədov)
  • Polemikaya görə çoxumuzun gözünü pərdələr bürümüş, artıq insanlarla yox, kölgələr dünyasında yaşayırıq. (Alber Kamyu)
  • Pislik cəhalətdən gəlir. (Alber Kamyu)
  • Pul-şeytanın əlamətidir. (Qabriel Qarsia Markes)
  • Polislər qaradəriləri heç vaxt düşünmürlər. Hər bir ağ dərili polis, bir qaradərilini öldürüb, qəhraman olmaq istəyir. (Tupak Şakur)
  • Pis tənqidlər eşitmək mənə pis təsir edir. (Kristofer Uoken)
  • Pul qazan, amma şərəfini itirmə.
    Pul bir gün gedər, nə vaxtsa gələr
    Amma şərəf gedər gəlməz...! (Hacı Zeynalabdin Tağıyev)
  • Pulu köləniz edin, yoxsa yoldaşınız olar. (Corc Bernard Şou)
  • Pisə yaxşılıqla, yaxşıya pislik
    Mənaca bir şeydir, düşünsən əgər. (Sədi Şirazi)
  • Peyğəmbər ona cavab verdi: Nə danışdığına fikir ver. Həmin şəxs dedi: Vallah mən səni sevirəm, - bu sözləri üç dəfə təkrar etdi. Məhəmməd peyğəmbər ona dedi: Əgər doğru deyirsənsə kasıblığa hazırlaş, çünki bu dənizə axdığı kimi yoxsulluq da məni sevənləri yaxalayır. (Mühəmməd peyğəmbər (SƏS))
  • Paxıl o şəxsdir ki, adım çəkiləndə mənə salavat göndərmir. (Mühəmməd peyğəmbər (SƏS))
  • Pisliyi ədalətlə, yaxşılığı yaxşılıqla qarşıla. (Lao-tszı)
  • Populyar kanallar məni izləməsin deyə musiqilərimi onlara göndərmirəm. Mən daima demişəm ki, məni hər kəs dinləməsin. Mən hər kəs üçün musiqi ifa etmirəm. (Cem Adrian)
  • Platon mənim dostumdur, Aristotel də mənim dostumdur, ancaq ən böyük dostum doğruluqdur. (İsaak Nyuton)
  • Parçaları itmiş "puzzle" kimidir artıq insanlar. Kiminin ruhu, kiminin beyni və bir çoxunun bir ürəyi yoxdur. (Çak Palanik)
  • Pul hər qapını açar lakin bağlaya bilməz. (Fridrix Engels)
  • Pis kitab da bizi pis yoldaşlar kimi korlayır. (Fildinq)
  • Pul-uğur üçün lazım olan komponentlərdən yalnız biridir, amma konkret şərtlər daxilində pul daha çox zərər gətirə bilər, nəinki xeyir. (Corc Soros)
  • Pis qanunlar zülmün ən pis növüdür. (Edmund Bark)
  • Paltar asılqanda gözəl görünə bilər. Amma onun əsl gözəlliyini qadının əynində olanda dəyərləndirmək lazımdır. (Koko Şanel)
  • Poetik təb də bir atım barıt kimidir. Tez alışır, tez sönür. (Tur Xander)
  • Pulun çoxluğu gözün toxluğuna dəlalət eləmir. (Tur Xander)
  • Pulun öldürdüyü ruh qılıncın öldürdüyü bədəndən çoxdur. (V. Skott)
  • Problemə kifayət qədər qapılsaq gec-tez özümüzü bu problemin bir hissəsi kimi görəcəyik. (Naməlum)
  • Pambıqnan baş kəsir. (Naməlum)
  • Pis yoldaşları tərk et. Onları sevmə, salehləri sev. Yaxının belə olsa, pis yoldaşdan uzaq dayan. Uzaq belə olsa, yaxşı yoldaşlarla birlikdə ol. Kimi sevsən, səninlə onun arasında bir yaxınlıq olar. Buna görə, sevgi bəslədiyin kimsənin kim olduğuna yaxşı bax. (Əbdülqədir Geylani)
  • Pis adam üçün bəd xəbər verməkdən xoş əyləncə yoxdur. (Şota Rustaveli)
  • Pul - qızıldan düzəldilmiş azadlıqdır. (Erix Mariya Remark)
  • Pul bir şeyi dəyişdirmək üçün vasitədir. (Adam Smit)
  • Poeziya varlığın sözlə yaradılmasıdır. (Haydegger)
  • Poeziya sözlərdə gözəlliyin ritmik yaradılmasıdır. (Edqar Allan Po)
  • Pul dəniz suyuna bənzər, nə qədər çox ehtiva etsən o qədər çox ona susayarsan. (Artur Şopenhauer)
  • Pas dəmiri yeyən kimi, paxıllıq da insanın qəlbini yeyir. (Periandr)
  • Pis işlərimizin ən güclü şahidi vicdanımızdır. (Ömər ibn əl-Xəttab)
  • Pivə içmək üçün burdayıq və həyatlarımızı elə yaşamalıyıq ki, ölüm bizi götürməyə gələndə titrəsin. (Çarlz Bukovski)
  • Pis müəllim biliyin özünü, yaxşı müəllim onu tapmağı öyrədir. (Disterveq)
  • Pozğun qulaqla eşidiləndə ən gözəl sözlər də masqara ilə qarşılanır. (İohann Volfqanq Göte)
  • Pulunu itirdin, heç bir şey itirmədin. Çalışıb qazanarsan. Qürurunu itirdin, çox şey itirdin, amma onu da çalışıb qazana bilərsən. Lakin ümidini itirsən, həyatdakı hər şeyini itirərsən. (İohann Volfqanq Göte)
  • Pislik etmədən peşman olmağın ən yaxşı yolu, yaxşılıq etməkdir. (Klemens Brentano)
  • Pis fikirlərin olmasa, pis əməllərin də olmaz. (Konfutsi)
  • Pul – yaxşı nökər, pis ağadır. (Frensis Bekon)
  • Pul yaxşı qulluqçudur, lakin pis ağadır (Frensis Bekon)
  • Pul qazanmaq qabiliyyət tələb edirsə, onu düzgün xərcləmək ikiqat qabiliyyət və mədəniyyət tələb edir. (Əbu Turxan)
  • Pul da silah kimi ağıllı adamda olanda onu qoruyur, naqis adamda olanda həm özü, həm də ətraf üçün təhlükəyə çevrilir. (Əbu Turxan)
  • Pul şərab kimidir. Müəyyən həddə qədər adamı hala gətirir, bir az ondan artıq olanda cuşa gətirir, lap artıq olanda isə huşunu başından alır. (Əbu Turxan)
  • Poeziya qafiyəyə, ahəngə, ritmə salınmış sözlərdən daha çox, sözlərlə ifadə olunmuş ritm və ya ahəngdir. Hətta belə demək mümkündürsə, sözlərlə çəkilmiş tablo və ya sözlərlə ritmlənmiş musiqidir. (Əbu Turxan)
  • Problemin düzgün qoyuluşu onun həllinin yarısıdır. (Əbu Turxan)
  • Pis adamdan yaxşı alim bəlkə də çıxar, amma yaxşı filosof çıxmaz. (Əbu Turxan)
  • Poeziya quş kimidir: tərlan kimi süzənlər; qartal kimi zirvəyə qalxanlar; hətta çəyirtkə kimi tullananlar da var. (Əbu Turxan)
  • Poeziya göylərin ab-havasını yerə ərmağan gətirmək, yeri qanadlandırmaq, canlandırmaq, ona uçuş əzmi vermək üçündür. (Əbu Turxan)
  • Poeziya qanadlarında yüksəyə qalxmaq olar, amma uzağa getmək olmaz. (Əbu Turxan)
  • Poeziyada sözün çalarları olar, elmdə – yox. (Əbu Turxan)
  • Pislər pisləri – pis olduğu üçün,
    yaxşıları da – yaxşı olduğu üçün sevmirlər. (Əbu Turxan)
  • Pis adamın biliklisi daha təhlükəlidir. (Əbu Turxan)
  • Pisi söyməkdənsə, yaxşını öymək yaxşıdır. (Əbu Turxan)
  • Peşman deyiləm, inciyəm bir az, amma kədərlənmirəm. Çünki gedəndə yeni bir şey öyrəndim: Artıq hər sevirəm deyənə inanmıram. (Camal Sürəya)
  • Pul həyatı ala bilməz. (Bob Marli)
  • Pis bir sülh, yaxşı bir döyüşdən daha yaxşıdır. (Aleksandr Puşkin)
  • Pulumu Allah mənə verir. (Con Rokfeller)
  • Pis tərbiyə almış adamı yenidən tərbiyələndirməkdən çətin şey yoxdur. (Y.Komenski)
  • Pop ulduzları ilə terroristlər arasındakı fərq nədir? Terroristlərlə müzakirə edilə bilər. (Madonna)
Top