İnsanın 2 variantı vardır, ya bütün gün qaranlığa söyərsiniz ya da günəşə gedərsiniz. (Əhməd Şərif İzgörən)
İnsan heç bir yerdə özündən yaxşı dost tapa bilməz. (Çarlz Dikkens)
İnsanlar, kiçik tanrıdırlar. (Qotfrid Leybnits)
İnsanlar söylədiklərinizi və etdiklərinizi unudar; amma onlara nə hiss etdirdiklərinizi əsla unutmazlar. (Adam Faver)
İnsanı ən çox üzən şey, gözləmədikləri insanlar adam olarkən, adam hesab etdiklərinin heç insan da olmamasıdır. (Adam Faver)
İnsanların ən çox qorxduğu şey yeni bir addım atmaq, yeni bir kəlmə söyləməkdir.. (Fyodor Dostoyevski)
İstər şirin, istər ağrılı olsun, xatirə insana həmişə əzab verər. (Fyodor Dostoyevski)
İnsanların bəzən nəyə güldüklərini anlamaq çətindir. (Fyodor Dostoyevski)
İnsanların bir-birini tanıması üçün ən yaxşı zaman, ayrılmalarına ən yaxın olan zamandır. (Fyodor Dostoyevski)
İnsanlar bədbəxt olmadıqca başqalarının bədbəxtliyini anlaya bilməz. (Fyodor Dostoyevski)
İnsanın özündən üz çevirməyə, dünyada olub bitənləri görməməzliktən gəlməyə haqqı yoxdur. (Fyodor Dostoyevski)
İnsanın ruhunu ucaldan bir əzab, ucuz bir xoşbəxtlikdən daha yüksəkdir. (Fyodor Dostoyevski)
İnsanoğlu özünü fəda etməkdə tapdığı xoşbəxtliyi başqa heç bir şeydə tapa bilməz. (Fyodor Dostoyevski)
İnsanoğlu çox dərin bir varlıqdır. Mən Tanrı olsaydım bu qədər dərin yaratmazdım. (Fyodor Dostoyevski)
İnsanların səadət qədər fəlakətə də ehtiyacı vardır. (Fyodor Dostoyevski)
İnsan yaşamağı və yaşamamağı eyni şey deyə qəbul etdiyi zaman azadlığa qovuşar. (Fyodor Dostoyevski)
İnsanın sevdiyi birini son dəfə görməsindən daha pis olan tək şey; onu son dəfə gördüyünü bilməsidir. (Pol Oster)
İnsanlar doğulur, acı çəkir və ölürlər. (Anatol Frans)
İnsanlar, əgər kimsə sizə qarşı hansısa qanunsuz və ya haqsız hərəkət edibsə, sizin onlara qarşı olan cavabınız daha şiddətli olacaqdır. (Nikkolo Makiavelli)
İpək əlcəklərlə inqilab edə bilməzsiniz. (İosif Stalin)
İnsanlar bəzən öz peşələrində dahi, adi işlərdə isə cahil olurlar. (F.Araqo)
İnsanlar səhvlərini xoşbəxtkən deyil ancaq bədbəxtkən anlar. (Daniel Defo)
İzah edə bilsəm səndə nələr gördüyümü heç kim inanmaz, xəyal deyərdi. Bilsələr səndə nələr gördüyümü illərcə xəyal görmək istiyərlərdi. (Murathan Mungan)
İndi bir mövsüm yox, böyük bir həyat girdi aramıza. Bilirəm nə sən dönə bilərsən artıq, nə də mən qapını aça bilərəm sənə. (Murathan Mungan)
İnsanların xoşbəxtlikləri ya da bədbəxtlikləri, qədərin olduğu qədər də xarakterlərinin əsəridir. (Fransua de Laroşfuko)
İnsanların çoxu üçün təşəkkür, yalnız daha böyük köməklər üçün gizli bir ümiddir. (Fransua de Laroşfuko)
İlk sevdiklərində qadınlar, aşiqlərini sevərlər, o birilərdə isə sevdikləri eşqdir. (Fransua de Laroşfuko)
İkinci bir sevgi tapa bilməzsək, birincisinə uzun müddət bağlı qalarıq. (Fransua de Laroşfuko)
İgidlik intiqam qazanmaqda deyil dözüm göstərməkdədir. (Uilyam Şekspir)
İnam, etibar ruh kimidir, tərk etdiyi bədənə əsla geri dönməz. (Uilyam Şekspir)
İnsanların etdikləri pisliklər arxalarından yaşar, yaxşılıqlar çox zaman sümükləriylə birlikdə basdırılar. (Uilyam Şekspir)
İnsanlar ömür qısadır deyərlər amma, yenə də onu qısaltmaq üçün əllərindən gələni edərlər. (Jan Jak Russo)
İki dəfə oxunmağa layiq olmayan kitabı heç bir dəfə də oxumağa dəyməz. (K.Veber)
İnsan Allaha inanmayanda heç bir şeyə inanmadığını göstərmir, hər şeyə inandığını göstərir. (Umberto Eko)
İnsanı həyata bağlayan onun gözəl cəhətləridir. (Sokrat)
İzah olunmuş zarafat zarafatlığını saxlaya bilmir. (Volter)
İş ideya üçün yaranmır - ideya iş üçün yaranır. (Volter)
İnsan həyatının bir dövründə aldanır, o biri dövründə aldadır. Başqa sözlə desək, dünyaya quzu kimi gəlir, tülkü kimi gedir. (Volter)
İnsanlar ümumilikdə bir-birlərinə nifrət edərlər. Çünki bir-birlərindən qorxarlar, bir-birlərindən qorxarlar çünki ünsiyyət qurmazlar, ünsiyyət qurmazlar çünki siniflərə ayrılmışlardır. (Martin Lüter Kinq)
İnsanın öyrənməsi vacib olan ilk dil, şirin dildir. (Barış Manço)
İllərdir sürüb gedən bir pay alma səyi, topu topu bir dilim quru çörək döyüşü... Bəzən dayanıb baxaram bu ibrət cədvəlinə. Kimi şirin dalınca kimininsə duzu yox. (Barış Manço)
İnsan özünü həqiqətin zirvəsinə qaldırmaq əvəzinə, həqiqəti öz səviyyəsinə endirir. (Rene Qenon)
İnsan təhsillə doğulmaz, amma təhsillə yaşayar. (Migel de Servantes)
İnsan beyni yaradıcılıq aktını həyata keçirən kimi artıq heç kimə və heç nəyə bu prosesin qarşısını almağa imkan verməz. (Toynbi)
İnsan nə qədər az düşünsə, o qədər çox danışar. (Şarl Lui Monteskyö)
İnsanlar bir adamın bütün həyatının bir tək kitabla dəyişə biləcəyinin fərqində deyildirlər. (Malkolm X)
İrqçilik olmadan kapitalizm də olmaz. (Malkolm X)
İnsanın təriflənəsi bir şeyi olmayanda öz bədbəxtliyi ilə öyünməyə başlayır. (A.Qraf)
İnsanın itirdiyi ən böyük şey zaman ola bilər. (Teofrast)
İnsan haqqında onun istedadına görə yox, bu istedaddan necə faydalandığına görə mühakimə yürütmək olar. (Rene Dekart)
İntiqam hissi ilə yaşayanların yaraları həmişə təzədir. (Bencamin Franklin)
İnsan yediyinin hesabına yox, həzm etdiyinin hesabına yaşayır. Bu qayda həm ağıla, həm də bədənə aiddir. (Bencamin Franklin)
İnsanlar həmişə qəhrəman ola bilməzlər, amma həmişə insan ola bilərlər. (Bencamin Franklin)
İnanmaq istəmirəm, bilmək istəyirəm. (Karl Saqan)
İnsanlar adətən onlara məlum olan şeylərin təbiəti haqqında düşünmürlər. Həddindən artıq orijinal zəka tələb olunur ki, özlüyündə aydın olan şeyi təhlil etməyə başlasın. (Uaythed)
İnsan qılıncının kəskinliyi ilə qəhrəman ola bilməz, ağlın kəskin olması lazımdır. (Məmməd Səid Ordubadi)
İslam xalqı bizə, məsələn Fransadan həmişə yaxın olacaq. (Adolf Hitler)
İntellegentlər cəmiyyətin tullantısıdır. (Adolf Hitler)
İnsanları daha yaxşı tanıdıqca itləri daha çox sevməyə başlayıram. (Adolf Hitler)
İnsanın yığdığı var-dövlətdən faydalana bilməməsinin səbəbi elə onun varlanmasına imkan açan qabiliyyətlərdir. (Rivarol)
İnsanların qanadları yoxdur,çünki insanların qanadları ürəklərindədir. (Nazim Hikmət)
İnsan kimnənsə qocalmalıdır, kiməsə görə yox! (Nazim Hikmət)
İki şey var ancaq ölümlə unudular, anamızın üzüylə şəhərimizin üzü. (Nazim Hikmət)
İçimdə ikinci bir insan kimidir səni sevmək səadəti. (Nazim Hikmət)
İşlər əsla çətin deyil. Yetər ki onları kiçik parçalara bölə bilək. (Ergün Gülər)
İdmanın bədənə göstərdiyi təsiri kitab beyinə göstərir. (E. Hant)
İradənə hakim, lakin vicdanına əsir ol. (Aristotel)
İnsan düşünən bir heyvandır, insanları tanıdıqca heyvanlara hörmət edirəm . (Aristotel)
İşləməyən bir saatdır ürəyim; həmişə səndə dayanır. (Turqut Uyar)
İnsan, ən çox səhərlər axtarar sevdiyi qadını. (Turqut Uyar)
İnsanın mahiyyəti onun arzularında təzahür edir. (Benedikt Spinoza)
İnsan ehtirasları məğlub edərək tanrıya yaxınlaşar. (Benedikt Spinoza)
İntuisiyanın səsini eşitmək üçün ağılı susmağa məcbur etmək lazımdır. (Bernar Verber)
İdeyalar da canlı varlıqlara bənzəyir: onlar da doğulur, böyüyür, güc toplayır, digər ideyalarla toqquşur və sonda məhv olurlar. (Bernar Verber)
İnsanlar iki qrupa: kitab oxuyanlara və kitab oxuyanlara qulaq asanlara bölünür. (Bernar Verber)
İnsanı heyrətləndirən və heyran edən iki şey var ki, bunlardan biri başımızın üstündəki ulduzlu səma, o biri isə daxilimizdəki əxlaqi qanundur. (İmmanuel Kant)
İş həyatdan zövq almağın ən yaxşı üsuludur. (İmmanuel Kant)
İnsan öz yaxın ətrafından, digər insanlardan hətta zəhləsi də getsə, onlarsız yaşaya bilməz. (İmmanuel Kant)
İşıqlanma, insanın ağılını özünün istifadə etməyə başlamasıdır. (İmmanuel Kant)
İnanca yer vermək üçün məlumatı bir kənara qoydum. (İmmanuel Kant)
İnsan iki dünyanın övladıdır. (İmmanuel Kant)
İnsan hər iki tərəfindən yanan şam kimi olmalıdır. (Roza Lüksemburq)
İnsanlar iki yerə ayrılır: tanıdıqca böyüyənlər, tanıdıqca kiçilənlər. (Deni Didro)
İnsanı daş ya da ürəyi qırıq edən bu dünyadan gedirəm. Məni hara basdırsalar basdırsınlar. (Deni Didro)
İnsan bir şeyi mənfəətinə, xarakterinə, zövqünə, ehtiraslarına görə ya şişirər, ya kiçildər. (Deni Didro)
İnsanlar həmişə birinin arxasından qaçarlar, amma dönüb öz arxasınca qaçanlara heç baxmazlar. (Deni Didro)
İnsan, həyatının dörddə üçünü edə bilməyəcəyi şeylərlə keçirir. (Deni Didro)
İnsanlığın çatışmazlığı bizi təbiətdən ayırır. (Levinas)
İnsan dünyada bir Haqqdan, bir də haqsız olmaqdan qorxmalıdır. (Əbdülhaq Hamid Tərxan)
İgid olan heç ayrılmaz elindən, Tərlan olan sona verməz gölündən... (Koroğlu)
İlk iki dövr geridə qalmışdır; müsbət elmin və düşüncənin hakim olduğu dövrə girdik. (Ogüst Kont)
İşıq saça bilmirsənsə, heç olmasa işığın qabağını kəsmə. (Lev Tolstoy)
İnsanlar çox dəyişdi, diqqət yetirmək lazımdır. Biriylə əl sıxışdıqdan sonra, beşi də yerindəmi deyə barmaqlarını saymaq məcburiyyətindəsən. (Lev Tolstoy)
İnsanlara ən ədalətli şəkildə paylanan nemət ağıldır. Çünki heç kim ağlından şikayətçi deyildir. (Lev Tolstoy)
İnsanlar danışmağı öyrənirlər, halbuki əsas elm nə vaxt və necə susmaq elmidir. (Lev Tolstoy)
İsrafil: Sənə əjdaha lazımdı? (Yaşar Nuri)
İqtidar iqtidara düşkün olmayan və iqtidardan gələcək faydalara ehtiyacı olmayanlara verilməlidir. (Platon)
İnsan ancaq özünü məhv edənə heyran olar. (Emil Çoran)
İçimizdə doğan hər fikirlə içimizdəki bir şey çürüyür. (Emil Çoran)
İstər edə bilməyəcəyinizi, istər edə biləcəyinizi düşünün. Haqlısınız. (Henri Ford)
İstəkləri məhdudlaşdırmağın ən böyük bəhrəsi azadlıqdır. (Epikür)
İki insanın kiməsə qarşı ən böyük nifrəti, ən güclü dostluğa gətirib çixardır. (Tacit)
İlk anda sözlər onlara uyğun gələn görüntülərlə çulğalaşmadılar, amma hisslərin içində qərq olaraq onları daha da gücləndirdilər. (Uilyam Qoldinq)
İsti bir ələ ehtiyacın olanda digər əlini tut. Heç kimnən fayda yoxdu bu dövrdə. (Can Dündar)
İnsanlar sevilər, əşyalar isə istifadə edilərdi. Gün gəldi əşyalar sevilər, insanlar istifadə edilər oldu. (Can Dündar)
İki qadın birləşəndə dedi-qodu edər deyən kişi, başqa bir kişiylə baş başa verəndə atom altı parçacıqlarımı müzakirə edər? (Can Dündar)
İçinə təsadüfi atılmış əşyalardan ibarət olan çantadakı telefonu,tək əliylə və baxmadan tapa bilən o möhtəşəm insana qadın deyilir. (Can Dündar)
İtirdim sandıqların, xilas olduqlarındır bəlkə. Unutma, kimi getdiyi yeri xoşbəxt edər, kimi tərk etdiyi yeri. (Oskar Uayld)
İnsanların yüzdə doxsanı yaşamazlar, sadəcə vardırlar. (Oskar Uayld)
İnsanların sənin haqqında danışmasından daha pis bir tək şey vardır: insanların sənin haqqında danışmaması. (Oskar Uayld)
İnsanın dərdləriylə başa çıxmasının ən asan yolu onu başqalarına yükləməkdir. (Oskar Uayld)
İnsan aşiq olduğu zaman öz özünü aldatmaqla işə başlar, başqalarını aldatmaqla da işi bitirər. (Oskar Uayld)
İndiki vaxtda insanlar hər şeyin qiymətini bilir, heç bir şeyin dəyərini bilmir. (Oskar Uayld)
İnanmaq çox darıxdırıcıdır. Şübhəli olmaq sıx düşüncələrə dalmaqdır. Tətikdə olmaq yaşamaqdır. Təhlükəsizlik uğruna uyğunlaşmaq ölümdür. (Oskar Uayld)
İkinci bir eşq tapmadan, birincini unuda bilməzsiniz. (Oskar Uayld)
İctimai demokratiya xalqın xalq tərəfindən xalq üçün çətin vəziyyətə salınmasıdır. (Oskar Uayld)
İnsanlar da quyuya bənzər, içlərində boğula bilərik. (Əhməd Hamdi Tanpınar)
İnsan zaman selində itməyə məhkumdur, amma ağılı bu sonsuzluqda bir ulduz kimi parlayacaq. (Əhməd Hamdi Tanpınar)
İnsan ruhunun ən az səbir edə biləcəyi şey xoşbəxtlikdir. (Əhməd Hamdi Tanpınar)
İnsanların sülh istəyi müharibə qorxusundan doğur. (Uinston Çörçill)
İşsizlik və avaralıq təkcə cəhalət yaratmaqla qalmır, onlar eyni zamanda xəstəlik mənbəyidir. (İbn Sina)
İstər kral, istər kəndli olsun, dünyada ən xoşbəxt insan evində hüzur olandır.. (Can Yücəl)
İnsanı ən çox nə yandırır bilərsən mi? Yanyana oturduğun halda ona heç vaxt "səni sevirəm" deyə bilməyəcəyini bilmək. (Can Yücəl)
İlk görüşdən eşqə inanıram. Niyə dəmə, bunu yaşayan bilər. Çünki eşqdə ikinci görüş heç olmaya bilər. (Can Yücəl)
İçin yanarkən üşümək, ürəyin qan aglarkən gülmək, darıxıb da sevdiyini görə bilməmək.. İşdə eşq bu olsa gərək! (Can Yücəl)
İçdəki kiri su yox, göz yaşı yuyar. (Cəlaləddin Rumi)
İnsanın gözü nəyi görürsə, dəyəri də o qədərdir. (Cəlaləddin Rumi)
İş ilə öyüd verən söz ilə öyüd verəndən yaxşıdır. (Cəlaləddin Rumi)
İdrak edə bilən üçün bu yerlərin-göylərin hamısı sözdür. (Cəlaləddin Rumi)
İnsan təbiətinin başlıca mənəvi tələbi eşqdir. (Abbasqulu ağa Bakıxanov)
İdeal adam olmur, ideallaşdırmağa layiq adamlar olur. (Xudu Məmmədov)
İnsanların sıxlığından insan üçün darıxmaq da qəribə bir haldır. (Xudu Məmmədov)
İnsanlar şəhərlərə bir-birini tanımamaq üçünmü yığışırlar? (Xudu Məmmədov)
İnsanlar arasında olmayınca ölü və diriliyini necə bilərsən? (Xudu Məmmədov)
İnsana insan ehtiyacı yaradan müqəddəs günahlar, Sizə eşq olsun! (Xudu Məmmədov)
İşlərinizi başqalarına etdirməyin. Çünki öz istədikləri kimi edərlər. (Cahid Arf)
İnsanoğlu bir gün sonsuza qədər yaşamağı riyaziyyatla tapacaq. (Cahid Arf)
İyirminci əsrimiz qorxu çağıdır. Deyəcəksiniz ki, qorxu bir elm deyil, amma bu qorxuda elmin payı var. (Alber Kamyu)
İnsanlar üçün ən ideal nizam, onların xoşbəxt olduğu nizamdır. (Alber Kamyu)
İnsanın pulu varsa çalışmaq məcburiyyətində qalmaz. Beləcə zamanı alar. Bu qalan zamanda da özünü xoşbəxt edə biləcək şeyləri edər. Yəni pul xoşbəxtliyi alar. (Alber Kamyu)
İnsanın hər gün etdiyi ən yaxşı şey intihar etməməyə qərar verməkdir. (Alber Kamyu)
İnsanın əvvəl axır öyrəşə bilməyəcəyi bir düşüncə yoxdur. (Alber Kamyu)
İnsanı müdafiə edirəm, çünki düşdüyünü gördüm. (Alber Kamyu)
İnsanı ağıllı edən tək şey nifrətdir. (Alber Kamyu)
İnsan tamamilə günahkar deyil çünki tarixi o başlatmadı, amma tamamilə günahsız da deyil çünki tarixi davam etdirdi. (Alber Kamyu)
İnsan, özünə bir məna verməyə çalışan tək məxluqdur.. (Alber Kamyu)
İnsan özü üçün gerçək və mütləq olan xoşbəxtliyə həyatında bir dəfə çatar və geri qalan bütün həyatını bu xoşbəxtliyə təkrar çatmağa həsr edər. (Alber Kamyu)
İnsan, öz özündən saxlamağa çalışdığı yanını sevməz. (Alber Kamyu)
İnsan, nə isə o olmağı rədd edən tək varlıqdır. (Alber Kamyu)
İnsan insan olmadığı müddətcə insanlar insan kimi yaşaya bilməz. (Alber Kamyu)
İnsan heç vaxt tamamilə bədbəxt olmaz. (Alber Kamyu)
İnsan da, həyat da axmaqdır; boşunadır, təsadüfidir, möhkəm heç bir şey yoxdur, amma yenə də yaşamaq lazımdır. (Alber Kamyu)
İnancın yerə düşsə silahın da yerə düşər. (Alber Kamyu)
İnsan öz dilinin altında gizlənmişdir. (Əli bin Əbu Talib)
İnsanda bir ət parçası var ki, bədənə bir damarla bağlanmışdır. Bu ürəkdir və çox təəccüblü bir üzvdür. Onun hikmətə aid və zidd şeyləri vardır. O, ümidə qapılsa, tamah onu alçaldar. Ümidsizliyə düşsə, kədər məhv edər onu. Xoşnud olsa, qorunmağı unudar. Qorxuya düşsə qorunmağa başlar. Təhlükə sovuşanda qəflətə düşər. Bir müsibətə uğrayanda qərarsız bir hala gələr. Bir mal tapdımı, zənginlik onu azdırar. Yoxsulluq onu çulğayanda bəlaya düçar olar. Aclığa düşəndə zəiflik onu çökdürər, toxluq edəndə mədə dolğunluğundan narahat olar. Hər xüsusda geri qalmaq ona zərər yetirər, hər işdə irəli getmək onun halını pozar. (Əli bin Əbu Talib)
İnsanın dili olmasa, insan söz söyləməsə, surətə bürünmüş bir varlıqdan, yaxud başı açıq buraxılmış otlayan bir heyvandan onun fərqi varmı? (Əli bin Əbu Talib)
İki şey var ki, itirilməmiş qədri bilinməz: gənclik və dinclik. (Əli bin Əbu Talib)
İnsan nə qədər də qəribədir !? O var-dövlət qazanmaq üçün sağlamlığını itirir, sonra da sağlamlığını geri gətirmək üçün sərvətindən keçir. O hazırkı vaxtında gələcəyin dərdini çəkir, amma gələcəkdə isə keçmiş vaxtları özləyir. O elə yaşayır ki sanki heç ölməyəcək, amma elə şəkildə ölür ki sanki heç anadan olmamış. (Əli bin Əbu Talib)
İçərkən avtomobil istifadə etməyin. Bir yerə çarpsanız pivəniz tökülər. (Cem Yılmaz)
İnsanlıq bu gün də pul qarşısında dəyər itirdi. (Cem Yılmaz)
İnsanoğlunun heç bir icadı pul qədər fəsadverici deyil. (Sofokl)
İncəsənət Məndirsə, elm Bizik. (Bernar)
İlk dissertasiyanız üçün özünüz mövzu seçməyin. (Ceyms Uotson)
İdman ağlı aydınlaşdırır. (Ceyms Uotson)
İki ciddi məşğuliyyət olduqca çoxdur. (Ceyms Uotson)
İnsan fikrin gücü ilə təbiət qüvvələrinə qalib gələ bilər və fikrin gücündən də üstün bir gücü – sevginin gücünü tapa bilər. (Əmin ər-Reyhani)
İnsan kəşflərinin heç biri elmi həqiqət ola bilməz, əgər o, riyazi sübutlarla təsdiqlənmirsə. (Leonardo da Vinçi)
İnsan nə qədər böyük ruhlu olsa, eşqi o qədər dərin bir şəkildə eşidər. (Leonardo da Vinçi)
İnsanlar öyrədərək öyrənirlər. (Kiçik Seneka)
İnamsızlıq başlanan yerdə dostluq qurtarır. (Kiçik Seneka)
İnsan yalnız xarici səbəblərdən bədbəxt olmur. (Kiçik Seneka)
İnsanın günaha batmaq istəməməsi ilə istəyib-bacarmaması fərqli şeylərdir. (Kiçik Seneka)
İnsan yan almaq üçün hansı limana getdiyini bilməyəndə heç bir külək onun üçün sərfəli olmayacaqdır. (Kiçik Seneka)
İş bekarçılıqdan gələn nöqsanları aradan qaldırır. (Kiçik Seneka)
İnsanlar təcrübələri nisbətində deyil, təcrübələrindən aldıqları dərslər nisbətində yetkindir. (Corc Bernard Şou)
İnsan kərpic kimidir; yanaraq bərkiyir. (Corc Bernard Şou)
İnsan nə qədər daha çox şeydən həya edərsə, o qədər şərəf və qürur sahibi olar. (Corc Bernard Şou)
İki şəxs şablondan kənar eyni bir ideyanı bir-birindən asılı olmadan irəli sürürsə, deməli, bu ideya həqiqətdir. (Nils Bor)
İki insanın yaxşı dolanması heç qüsursuz olmalarıyla deyil, bir-birlərinin qüsurlarını xoş göstərmələriylə təmin edilər. (Aleksis de Tokvil)
İnsanları inandıqları şeylərdən imtina etdirmək bir şeyə inandırmaqdan daha çətindir. (Ernest Renan)
İnsan özünün bütün qüvvələrini hərəkətə gətirmək üçün qarşısına onu ruhlandırmağa qabil olan nəcib bir məqsəd qoymalıdır. (Ernest Renan)
İnsanı xoşbəxt etmək Yaradanın planlarına daxil olmayıb. (Ziqmund Freyd)
İstənilən elmi həqiqət üç mərhələdən keçir. Birinci mərhələdə – bu ola bilməz, ikinci mərhələdə – bu ola bilər, üçüncü mərhələdə bunu hamı bilir deyirlər. (Rezerford)
İnsanın qəlbini göstərməz paltar, Yazan özü bilər kağızda nə var. (Sədi Şirazi)
İki adam öldü və dünyadan həsrət getdi: biri yığdı yemədi, digəri bildi eləmədi. (Sədi Şirazi)
İlahi, bir eşq ver mənə, Hardayam heç bilməz olum. Elə itirim özümü, İstəsəm də bulmaz olum. (Yunus Əmrə)
İnsanların inandıqları şeyləri yazmaq cəsarətləri olsaydı, heç kim bir söz belə yazmazdı. (Henri Miller)
İnsanpərvəlik insan cəmiyyətini, insan nəslini həyatını qoruyub saxlamaq üçün zəruridir. (Pol Anri Holbax)
İnsanın öz canı elə şirindir ki, bal belə onun yanında çox duzlu qalar! (Məhməd Murad İldan)
İnsanlarla iltifatlı ol və kobudluq etmə; xoş davran və onlara həqarətlə baxma. Cənnətin açarlarını soruşan yəhudi və xristianlara de ki, cənnətin açarları Allahın varlığını sübut edənlər və xeyir işlər görənlər üçündür. (Mühəmməd peyğəmbər (SƏS))
İsrafın bir növü də ürəyin istədiyi hər bir şeyi yeməkdir. (Mühəmməd peyğəmbər (SƏS))
İki saleh qohumundan həyat etdiyin kimi Allahdan həya et. (Mühəmməd peyğəmbər (SƏS))
İki savaşanı aralamaq rəhmdilikdir, adamı yəhərə oturtmaq və kisəsini qaldırıb ona vermək də rəhmdilikdir; xoş sözlər demək – minnətdarlıq etmək də, soruşana mülayim cavab vermək də rəhmdilikdir. Çaqqal gavalısı və yola düşən daş kimi adamları incidənlərin aradan götürülməsi də rəhmdilikdir. (Mühəmməd peyğəmbər (SƏS))
İnsanın pulu artdıqca düşməni, elmi artdıqca dostu çoxalar. (Mühəmməd peyğəmbər (SƏS))
İncəsənət bizi həqiqəti anlamağa kömək edən yalandır. (Pablo Pikasso)
İnsanlar arasında da kopiya orijinaldan daha çoxdur. (Pablo Pikasso)
İdeya söz meşəsində az rast gəlinən ovdur. (Viktor Hüqo)
İş həyatı hər vaxt şirinləşdirər. Amma hər kəs şirin sevməyə bilər. (Viktor Hüqo)
İnsanda bir zülmkarlıq var - cəhalət. (Viktor Hüqo)
İnsanın daxilindəki yaxşılıq - bu günəşdir. (Viktor Hüqo)
İnsanlar səbirsiz olduqları üçün cənnətdən qovuldular, tənbəl olduqları üçün geri dönə bilmirlər. (Frans Kafka)
İstədiyin qədər həyatımın küncündə, qırağında. Amma təəssüf ki, bir daha əsla mərkəzində olmayacaqsan. (İlhan Bərk)
İlk təəssürat çox əhəmiyyətlidir.. İlk iki dəqiqə böyük bir ürəyi olduğunu fikirləşərsən; Sonra bir ömür o ürəkdə, ilk iki dəqiqəni axtararsan. (İlhan Bərk)
İki şeyin sonsuz olduğunu bilirəm: kainat və insanın axmaqlığı. Birincisindən çox da əmin deyiləm. (Albert Eynşteyn)
İnsanın dəyəri verdikləri ilə ölçülür,nail olduqları ilə yox. Çalışın, bəxtəvər insan yox,dəyərli insan olun. (Albert Eynşteyn)
İnsanlar çox ağıllı və çox yavaşdırlar, kompüterlər çox sürətli amma çox axmaqdırlar. (Albert Eynşteyn)
İnsanları yaxşı bir işi etmələri üçün motivasiya etmək istəyirsinizsə, onlara yaxşı bir iş verin. (Fridrix Herzberq)
İnsan həyatı davam eləməyin bir, həyatı məhv eləməyin isə minlərlə yolunu bilir. (Aleksandr Düma)
İnsan, inandığı şeylər uğrunda möhtəşəm səhvlər edə bilər deyirlər. Sanki inanmaqdan daha da möhtəşəm səhv etmək olarmış kimi. (Sunay Akın)
İkimiz də eyni şeyi düşünürük; Mən səni, sən özünü. (Sunay Akın)
İtirəcək bir şeyin qalmayıbsa, tutuna bilməzsən. (Cem Adrian)
İnsanlar körpü salmaq əvəzinə hasar çəkdikləri üçün tənha qalırlar. (İsaak Nyuton)
İnqilabçının vəzifəsi inqilab etməkdir. (Ernesto Çe Gevara)
İnqilabdan başqa bir həyat yoxdur. (Ernesto Çe Gevara)
İllərin əlimizdən çəkib aldığı yaşama zövqlərini dişimiz, dırnağımızla müdafiə etməliyik. (Mişel de Monten)
İndi Fateh qalxsa məzarından nə mən onu tanıyaram nə o məni tanıyar.. Amma İstanbulu bizanslılar almış deyib təkrar savaşar. (Nəcib Fazil Qısakürək)
İdeyalar kütləni ələ alanda gücə çevrilir. (Vladimir İliç Lenin)
İman qarşısında zəkann bütün nailiyyətləri solur (Avreli Avqustin)
İnsanlar gözəlliyin təsirindən daha xeyirxah olurlar. (M.M.Prişvin)
İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. (Onore de Balzak)
İdeya faktdan üstündür. (Onore de Balzak)
İdeyaları yalnız ideyalar zərərsizləşdirə bilər. (Onore de Balzak)
İncəsənət dindir, onun öz kahinləri var, amma şəhidləri də olmalıdır. (Onore de Balzak)
İnsanlıq olan yerdə hürriyyət olur. (Mirzə Ələkbər Sabir)
İşığıyla işıqlandıran tək kilsə, alovlar içində yanan kilsədir. (Buenaventura Durruti)
İşini ciddi bir sifətlə edən insanın məntiqli olduğunu zənn edən çox insan var. (Qeorq Kristof Lixtenberq)
İnsanı sadəcə elm və sənət yüksəldə bilər. (Lüdviq van Bethoven)
İcbari şəraitdə içilən andın mənəvi gücü yoxdur və məcburiyyət qalxandan sonra ondan azad olmamaq sadəcə kişiliyin imitasiyasıdır. (Tur Xander)
İnsanlar uzun müddət misi qızıla çevirmək arzusunda olublar. İndi elm misi elə şeylərə çevirir ki, qızıl ona həsəd aparır. (Tur Xander)
İdeya və iradə müəyyən sosial bazaya yiyələnəndə siyasətə çevrilir. (Tur Xander)
İdeologiya – haradasa fəlsəfə ilə siyasətin arasındadır. (Tur Xander)
İnsan öz təməlindən ayrılmamalıdır, yoxsa zəmanənin müxtəlifliyində itib-batar. (Tur Xander)
İndi geniş planda xatirələrlə arzuların, dar planda isə təəssüratla istəyin vəhdətidir. (Tur Xander)
İnsan ən yüksəkdədirsə, heç bir dəstəkçisinə güvənməməlidir. (Bil Geyts)
İtə ataram, yada satmaram. (Mir Cəlal)
İbadət çoxlu namaz qılmaq və oruc tutmaq deyil. İbadət, əslində Allahın işi barədə çox düşünməkdir. (İmam Rza)
İsti xatirələri olmayanlar üçün qış soyuq keçər. (J.Renan)
İmanlı insanın ümidsizliyə düşməsi mümkün deyil. (Fətullah Gülən)
İş düşkünü olmaq başqa, işinin aşiqi olmaq başqadır. (Fətullah Gülən)
İnsan vardır ki söylədiyi sözlərlə böyüyər, söz vardır ki, söyləyən insan üzündən böyük görünər. (Naməlum)
İki nəfərin bildiyi artıq sirr deyil. (Naməlum)
İnsan özü nə qədər xeyirxah və ağıllı olsa, insanlardakı xeyirxahlıqları da bir o qədər çox görər. (Blez Paskal)
İnsan çox güman ki, düşünmək üçün yaradılıb, onun bütün üstünlüyü bütün xidməti bundadır; onun əsas vəzifəsi lazımı şəkildə düşünməkdir... ancaq insanlar nə haqda düşünür? (Blez Paskal)
İşinizi bu günə qədər həmişə eyni şəkildə etmişsinizsə, böyük ehtimalla səhv etmisiniz. (Çarlz Katterinq)
İnanmaq; pillələrin çıxa bilmədiyi yerə qanadlarınla dırmaşmaqdır. (Arif Nihat Asya)
İnsanlara nümayiş üçün əməl edib, sonra da bunu Allahu təalanın qəbul etməsini istəmək yaraşarmı? Ehtirası, ərköyünlüyü, azğınlığı və dünyaya düşkünlüyü burax. Sevincini və sevinci bir az azalt. Bir az hüznlü ol. Peyğəmbər əfəndimiz başqasının ürəyini fərahlandırmaq üçün təbəssüm buyurardılar. (Əbdülqədir Geylani)
İnsan Allaha ürəyiylə ibadət edər. (Əbdülqədir Geylani)
İnsanları yaxşı tanıyın. Hər insanı pis bilib pisləməyin, hər insanı da yaxşı bilib tərifləməyin. (Alfons Karr)
İdeyalar öz ardıcıllarını tapması müqabilində yaşayır. (Qabriel Marsel)
İmkansızı etmək, bir növ, əyləncədir. (Uolt Disney)
İnsan, sevgi və inanc kimi böyük bir qüvvətdən məhrum başlama nöqtəsində irəlləyir və məqsədə doğru gedirsə bu başa düşüləcək bir şey deyil. (Albert Payk)
İnsanlar sənətimin mənə çox asan bir şəkildə gəldiyini düşünərək böyük səhv edirlər. Heç kim bəstəkarlığa mənim qədər zamanını və düşüncələrini həsr etməmişdir. Keçmişdən indiyə qədər yaşamış heç bir böyük bəstəkar olmasın ki, onun əsərlərini dəfələrlə calışmış olmayım. (Volfqanq Amadey Motsart)
İnsan o şeyi bəyənməz ki, onu etmeyi heç bacarmaz. (Edqar Allan Po)
İnsan azadlıq üçün tərbiyə olunur. (Georq Vilhelm Fridrix Hegel)
İlk vaxtlar ana tərbiyəsi çox vacibdir çünki əxlaq uşaqda bir hiss kimi həkk olunmalıdır (Georq Vilhelm Fridrix Hegel)
İnsan öz əməllərinin tərənnümüdür. (Georq Vilhelm Fridrix Hegel)
İnsan biliyin sayəsində ölməzdir.Bilik, düşüncə - bu onun həyatının köküdür, onun əbədiliyidiri. (Georq Vilhelm Fridrix Hegel)
İnsanların tarixdən aldıqları əsas dərs bundan ibarətdir ki, onlar ondan heç bir dərs ala bilmirlər. (Georq Vilhelm Fridrix Hegel)
İnsan özünün cənabı olmayınca, təbiətin cənabı olmayacaq (Georq Vilhelm Fridrix Hegel)
İnsan fikirləşmədən öz içində yaşayanları aşkar edə bilməz. (Georq Vilhelm Fridrix Hegel)
İstedadlı adam qoyulmuş məsələni hamıdan yaxşı həll edəndir, dahi isə başqalarının heç ağlına da gəlməyən məsələlər qoyur. (Artur Şopenhauer)
İnsan təbii ki istədiyini edə bilər, amma istədiyini istəyə bilməz. (Artur Şopenhauer)
İnkişafımız üçün bir aynaya ehtiyacımız var. (Artur Şopenhauer)
İki ayaqlı heyvanların sıravi söhbətləri qədər sonsuz və sıxıcı bir söhbəti davam etdirməkdənsə, heç danışmamaq daha yaxşıdır. (Artur Şopenhauer)
İnsan öz fərdiliyini nə qədər çox biruzə verirsə, o qədər də bütün mövcudatla birləşməyə can atır. (Rabindranat Taqor)
İnsan mənəviyyat üçün yaşamalıdır. (Heydər Əliyev)
İnsan öz səbir və dözümüylə tauna da qalib gələ bilər. (Napoleon Bonapart)
İspaniyanı aldıqdan sonra İspaniya kralı ona "Sən pul üçün döyüşürsən" deyə qışqırar. "Biz isə şərəfimiz üçün." Napolyon cavab verər "Hər kəs özündə olmayan şey üçün döyüşər." (Napoleon Bonapart)
İki şey dünyaya hökm edər; biri qılınc, digəri düşüncə. Qılınc, sonunda düşüncəyə məğlub olar. (Napoleon Bonapart)
İnsanı ancaq iki şeylə yerindən tərpətmək olar - qorxu və şəxsi maraq. (Napoleon Bonapart)
İmkansızlıq (mümkün olmama) - səfehlərin lüğətində olan sözdür. (Napoleon Bonapart)
İnsanlarla üz-üzə danışaraq hər problemini həll edə bilərsən. Amma bəzi insanlar gəlir qarşına, hansı üzünə danışacağını bilmirsən. (Pablo Neruda)
İnsan çata bilmədiyi hər şeyin dəlisi, çata bildiyi hər şeyin nankorudur. (Pablo Neruda)
İstədiyiniz qədər etiraz edin, amma küçə və meydanlarda toplaşmayın. (Müəmmər əl-Qəzzafi)
İslamdan başqa dinin mövcud olması yanlışlıqdır. Cəmi bir din var - İslam və onun peyğəmbəri Məhəmməddir. İslama tapınmayan hər kəs uğursuz adamdır. (Müəmmər əl-Qəzzafi)
İnsan fiziki şəxs olaraq özünüifadə azadlığına malik olmalı, hətta ağlını itirəndə də öz dəliliyini azad ifadə etmək hüququ olmalıdır. (Müəmmər əl-Qəzzafi)
İnsanları aşağı görməyə haqqı olan tək bir insan yoxdur. (Alfred De Viqni)
İnanılması ən çətin dedi-qodular, axmaqların yaddaşında ən uzun müddət qalanlardır. (Alfred De Viqni)
İnsanlar daim pis oyuncaqların dalınca qaçan uşaq kimidir. (Cəmil Meriç)
İnsandan insana fərq var: bir dəmirdən həm nal, həm də qılınc düzəldirlər. (Nizami Gəncəvi)
İnsan bir işə etsə vərdiş, çətin olsa belə görulər bu iş. (Nizami Gəncəvi)
İnci tək sözlər seç, az danış, az din, Qoy az sözlərinlə dünya bəzənsin. Az sözün inci tək mənası olmaz, Çox sözün kərpic tək qiyməti olmaz. (Nizami Gəncəvi)
İnsana arxadır onun kamalı, Ağıldır hər kəsin dövləti, malı. (Nizami Gəncəvi)
İnsan nə qədər savadlı olsa, vətəninə də bir o qədər lazımlı olar. (A.S.Qriboyedov)
İnsanlara daha az, fikirlərə daha çox maraqlı olun. (Mariya Küri)
İtirdiklərim arasında ən çox ağılım üçün darixıram. (Mark Tven)
İnsan 80 yaşında doğulub 18 yaşına qədər yavaş-yavaş yaşasaydı, daha xoşbəxt olardı. (Mark Tven)
İngilis elə adamdır ki, əvvəllər olan, edilmiş, halları təkrar edir, amerikalı- əvvəllər olmayan, edilməmiş halları etmək üçün çalışır. (Mark Tven)
İçində kitab olmayan bir otaq ruhsuz bir bədən kimidir. (Mark Tulli Siseron)
İnsan özünü itirmədən özünü tapa bilməz. (Mark Tulli Siseron)
İncəsənət bütövdür, o yalnız Şərqə, yaxud yalnız Qərbə aid ola bilməz. (Uitmen)
İnsanların böyüklüyü nə ilə ölçülürsə ölçülsün, dünyaya Həzrəti Məhəmməddən böyük bir insan gəlməyəcək. (Alfons de Lamartin)
İstedadlı kor, istedadsız ağıllıdan daha yaxşı görür. (Rəsul Həmzətov)
İqtidara gəlirsinizsə, hərəkətlərinizə diqqət yetirin. Qürurlu olmayın, özünü bəyənmişlik etməyin. Sizə aid olmayan şeyləri götürməyin, gücsüzlərə kömək edin və əxlaq qaydalarına riayyət edin. Unutmayın ki, sonsuz iqtidar yoxdur. Hər iqtidar keçicidir və hər kəs, əvvəl-axır, əvvəl millətin və nəhayət Allahın önünə hesab verəcək. (Aliya İzzetbeqoviç)
İnsan qəbirdən dönə bilməz, amma xətadan dönə bilər. (Aleksandr Soljenitsın)
İnandığınız kimi yaşamazsanız, yaşadığnız kimi inanmağa başlayarsınız. (Ömər ibn əl-Xəttab)
İnsanların ən pisi - Axirətini dünyası üçün satandır, daha da pisi isə Axirətini başqalarının dünyası üçün satandır. (Ömər ibn əl-Xəttab)
İnsanı tanımaq üçün onu sevmək lazımdır. (Lüdviq Feyerbax)
İnsan dinin başlanğıcı, insan dinin ortası və insan dinin sonudur. (Lüdviq Feyerbax)
İldırım dağların başında çatlayır. (Horatsi)
İnsan ağlını itirəndə evlənir, səbrini itirəndə boşanır. (D.Jirarden)
İntellektual - sadə bir şeyi qarışıq söyləyə bilən adamdır; sənətçi isə çətin bir şeyi asan. (Çarlz Bukovski)
İnsanların, sənin haqqında nə düşündüklərinə əhəmiyyət verməyərək, ömrünü uzada bilərsən məsələn. (Çarlz Bukovski)
İnsanlardan nifrət etmirəm. Lakin onlar ətrafımda olmadığında özümü daha yaxşı hiss edirəm. (Çarlz Bukovski)
İnsan olmaq alçaq bir şey idi; Elə çox şey vardı ki, olub bitən. (Çarlz Bukovski)
İnsan - keçmişin həsrətini çəkən, gələcəyi üçün darıxan, yaşadığı andan şikayət edən varlıqdır. (Çarlz Bukovski)
İtirəcək bir şeyi olmayan insandan qorxular. (İohann Volfqanq Göte)
İstəklərimiz içimizdə yatan qabiliyyətlərimizin bir elçisidir. (İohann Volfqanq Göte)
İnsanın məlumatı artdıqca, narahatlığı da artar. (İohann Volfqanq Göte)
İnsanlara olduqları kimi rəftar etsək, onları daha pis edərik. Əgər onları olmaları lazım olduğu kimi ələ alsaq, ola biləcəkləri qədər yaxşı edərik. (İohann Volfqanq Göte)
İnsan özünü yalnız insanda tanıyar. (İohann Volfqanq Göte)
İnsan həyatı boyunca birini sevər. Əvvəlki və sonrakılar; Bir axtarış, qaçış ya da aldanışdır. (İohann Volfqanq Göte)
İnsan, atasına borclu olduğu hörməti ancaq ata olduğu zaman eşidir. (İohann Volfqanq Göte)
İnsan ancaq anladığı şeyi eşidər. (İohann Volfqanq Göte)
İnanc həyatın gücüdür. (İohann Volfqanq Göte)
İdrakın zirvəsindən dünya dəlixana kimi görünür. (İohann Volfqanq Göte)
İnam yerlə göy arasında körpüdür. (İohann Volfqanq Göte)
İstedadsız adam üçün dahinin də ölməz olmaması ən böyük təskinlikdir. (İohann Volfqanq Göte)
İnsan özünü bir şeyə tamamilə həsr etdikdə Allah da ona yardım edir. (İohann Volfqanq Göte)
İnsan özünü ancaq dünyanı dərk etdiyi dərəcədə dərk edə bilər. (İohann Volfqanq Göte)
İndiki şairlər öz mürəkkəblərinə həddən çox su qatırlar. (İohann Volfqanq Göte)
İtirəcəyi bir şey olmayan insandan qorxmaq gərək. (İohann Volfqanq Göte)
İlk başlanğıc əməldir, işdir. (İohann Volfqanq Göte)
İnsanın biliyi artdıqca, narahatlığı da artır. (İohann Volfqanq Göte)
İnandığı şeyi edən insanın enerjisi əsla tükənməz. (İohann Volfqanq Göte)
İnsanlar öz xəyallarını həyata keçirmək üçün həmişə hər şeyə malik olurlar. (Paulo Koelyo)
İnsanlar güzgüyə baxıb özlərini eybəcər hesab edirlər: onlar əmindirlər ki, gözəllik hər şeydən əsasdır, və onunla təsəlli tapırlar ki, hər kəsin gözəl, varlı və məşhur olduğu jurnalları vərəqləyirlər. (Paulo Koelyo)
İnsan fürsətlərin gəlməsini gözləyər, fürsətlər də insanın gəlməsini. Fürsətlər gözləyər, insanlar gözləyər. Qazanan həmişə bəhanə olar. (Paulo Koelyo)
İnsanlar bir-birilərinə gül-çiçək bağışlayırlar, çünki onlarda məhəbbətin həqiqi mənası öz əksini tapır. Kim ki, çiçəyə sahib olmaq istəsə, tezliklə görəcək ki, o, solacaq və öz gözəlliyini itirəcək. Kim ki, güllərə sadəcə çəmənlikdə baxır, onları ömürlük əldə edir. (Paulo Koelyo)
İlk baxışda güvəndiyi şeylərə, bir dəfə daha baxılması lazım olduğunu xoşbəxtkən deyil, həmişə bədbəxtkən anlar insan. (Paulo Koelyo)
İdeyaya uyğun yaşamaq onun uğrunda ölməkdən daha çətindir. (A.Adler)
İnsan idrakına daimi bir daxili mübarizə xasdır, çünki o iki barışmaz tələbat üzərində qurulmuşdur. Birincisi, görmək ehtiyacı – amma biz ancaq sürəkli olanı görürük, sürəklilik isə sonsuzdur. İkincisi, anlamaq ehtiyacı, – biz ancaq sonlu olanı anlaya bilərik. (Puankare)
İnsanlar bir-biri üçündürlər. (Mark Avreli)
İnsanın ləyaqəti onun məqsədə çatıb-çatmaması ilə yox, hansı məqsədə və hansı yolla getməsi ilə müəyyən olunur. (Abay Kunanbayev)
İnsana danışmağı öyrənmək üçün iki il, dilini dinc qoymağı öyrənmək üçün isə altmış il lazım gəlir. (Feyxtvanqer)
İnsanları sevməkdən gözəl sənət olmadığını düşünürəm. (Vinsent van Qoq)
İnsanın bildiyi və öyrəndiyi şeylər bilmədiyinin müqabilində heç dərəcəsindədir. (M. T. Sidqi)
İnsanların ən qüvvətlisi qeyzli vaxtında özünü saxlayandır. (M. T. Sidqi)
İnsanlar üç cürdür: pulun köləsi olanlar, pulun dostu olanlar və pulun ağası olanlar. (Deyl Karnegi)
İnsanların səni tanımadıqlarından narahat olma, sən insanları tanımadığına görə narahat ol. (Konfutsi)
İnsanın ölüm anındakı sözləri çox qiymətlidir. (Konfutsi)
İnancın üç günü vardır: gəlib-keçmiş olan dünəni, nəqd olan bu günü və xəyal olan sabahı. (Rövşən Abdullaoğlu)
İki kitab... bir insanın taleyini dəyişmək üçün necə də kifayət imiş. Sadəcə iki kitab.... (Rövşən Abdullaoğlu)
İnsan iki hissədən -maddi aləmə aid olan cisimdən mücərrəd və nurani aləmə məxsus olan ruhdan tərkib tapmışdır. Buna görə də mümkün olan ən son vücud mərtəbəsinə qədər yüksələ bilir. İnsanın ruhu mücərrəd aləmə məxsus olduğundan maddi aləmdə hər cür təsir qoyma iqtidarına malikdir. (Rövşən Abdullaoğlu)
İnsan həqiqi olaraq qəlbən Allahdan hər nə istəsə, ona nail olacaqdır. Necə ki Özü buyurur: (Allah) sizə istədiyiniz şeylərin hamısından vermişdir. Əgər Allahın nemətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz.1 1 İbrahim surəsi, ayə 34. (Rövşən Abdullaoğlu)
İnsan hər an özünü yenidən yaradır. (Əbu Turxan)
İnsan özünü ancaq fəlsəfə tərəzisində ölçə bilər. (Əbu Turxan)
İnsan üçün gerçəklik nə özlüyündə xarici dünya, nə də özlüyündə daxili dünya olmayıb, bu ikisinin təmasından yaranır. (Əbu Turxan)
İnsanın özünü xoşbəxt hesab etməsi ilə xoşbəxt olması düz, bilikli hesab etməsi ilə bilikli olması isə tərs mütənasibdir. (Əbu Turxan)
İnsanın ölçüsü onun imkanlarının sərhəddi ilə müəyyən olunur. (Əbu Turxan)
İnsan ancaq öz Məni ilə həmahəng mühitdə xoşbəxt ola bilər. (Əbu Turxan)
İş iki gözlə görülməlidir; biri ayağın altını seçməli, o biri həmişə hədəfə baxmalıdır. (Əbu Turxan)
İnsanlar təhsil üçün yox, təhsil insanlar üçündür və o, insanların konkret ehtiyaclarına uyğunlaşdırılmalıdır. (Əbu Turxan)
İnsan işlərini tamamlamaq barədə dara düşəndə yox, genişlikdə düşünməlidir. (Əbu Turxan)
İnsan bədəni dünyanın, kainatın bir zərrəsi olduğu halda, insan ruhu dünyanı, kainatı ehtiva etmək qüdrətindədir! (Əbu Turxan)
İnsanın ən böyük varı – özünün var olmasıdır. (Əbu Turxan)
İnsanın ruhun iki qütbü arasında hansı məqamda qərar tutması əqldən asılı olur. (Əbu Turxan)
İstəklər əhvaldan və şəraitdən asılı olaraq dəyişir. Məqsəd isə ağıla əsaslandığı üçün sabit qalır. Ona çatmaq üçün isə neçə-neçə istəklərdən imtina etmək lazım gəlir. (Əbu Turxan)
İradə zəif olanda, ağıl başqasının qulluqçusuna çevrilir. (Əbu Turxan)
İnsan həqiqətə qovuşanda mənən saflaşır. (Əbu Turxan)
İdrak – dünyanın mübhəmlərini əqlin işığında görmək cəhdidir. (Əbu Turxan)
İki cür qaranlıq var: artıq yanıb külə dönmüşlərin qaranlığı, bir də hələ heç yanmağa başlamayanların qaranlığı! İkinci qaranlıq əslində potensial işıqdır. (Əbu Turxan)
İnsan öz istəkləri ilə buxovlanır, bilikləri ilə azad olur. (Əbu Turxan)
İki cür mürşid var: öz yolunu mənə təlqin edən və mənim öz yolumu tapmaqda yardımçı olan. (Əbu Turxan)
İddialı adam azad ola bilməz, çünki o, öz iddialarının əsiridir. (Əbu Turxan)
İnsan həmişə yeniliyə can atır. Lakin yeniliyə qarşı ənənəçilikdən doğan daxili müqavimət hissi də olur. Müqavimət həddindən artıq olanda – durğunluq, zəif olanda – özbaşınalıq yaranır. (Əbu Turxan)
İnsan dünya ilə tərəf-müqabil ola bilmək üçün öncə bu dünyanın təsirlərindən azad olmalıdır. (Əbu Turxan)
İddiası böyük olanların nəyə nail olacaqları hələ bəlli deyil, amma bəri başdan azadlıqlarını iddialarına qurban verirlər. (Əbu Turxan)
İnsanlar yaxşıları sevməkdən daha çox sevdiklərini yaxşı hesab edirlər. (Əbu Turxan)
İnsanı yaşadan, irəli aparan arzulardır. Amma hər bir insanın qəlbinin dərinliyində bir tarixdə qalmaq arzusu da var. (Əbu Turxan)
İlahi eşq ideyası getdikcə solmuş, cırlaşmış və onun bədii tərənnümünü fərdi məhəbbətdən seçmək çətinləşmişdir. (Əbu Turxan)
İdeya təkamülü olmayanda ideya çevrilişlərinə ehtiyac yaranır və onun da qarşısı alınanda, başsız inqilablar – kütləvi iğtişaşlar başlayır. (Əbu Turxan)
İti bucaq ona görə itidir ki, düz düzün daxilindədir. (Əbu Turxan)
İnsan öz fərziyyələrinin əsirinə çevrilməməlidir. (Əbu Turxan)
İdeyanı yaşatmaq onun uğrunda ölməkdən daha şərəflidir. (Əbu Turxan)
İdeya əbədi, iradə isə sonludur. (Əbu Turxan)
İdeya iradə ilə birləşəndə gücə çevrilir. (Əbu Turxan)
İdeya heç vaxt ölmür; ona yiyələnən hər bir yeni şəxsin simasında o öz növbəti həyatını yaşayır. (Əbu Turxan)
İdeya zaman hüdudlarını keçərək nə vaxtsa yeni bir iradə ilə birləşir və keçmiş yenidən canlanır. (Əbu Turxan)
İki qism adamların dostu olmur: Birincilər insanlığın elə yüksək mərtəbəsində olanlardır ki, bu mərtəbədə başqaları sadəcə yox dərəcəsindədir. İkincilər insanlığın elə aşağı mərtəbəsində olanlardır ki, orada dostluq məfhumunun özü yoxdur. (Əbu Turxan)
İnam və səmimiyyətdən sui-istifadə siyasətdə – məharət, mənəviyyatda – rəzalət sayılır. (Əbu Turxan)
İnqilabçılıq özü də bir sənətdir. Amma inqilabçılıq idarəçilikdən fərqlidir. Ona görə də, ağıllı inqilabçılar öz işini görəndən sonra hakimiyyəti idarəçilərə verirlər. (Əbu Turxan)
İnsan sevgilisinin simasında bütün dünya harmoniyası ilə vüsal tapmağa çalışır. (Əbu Turxan)
İdeya ağlı artırmır, yönəldir. (Əbu Turxan)
İctimai ovqat yaxşı olmayan yerdə fərdlərin ovqatı ancaq süni vasitələrlə yüksələ bilər. (Əbu Turxan)
İctimai həyatda üzə çıxan ancaq zahiri mədəniyyətdir. (Əbu Turxan)
İnsan dünyası üç təməl üzərində qərar tutur: söz, zəka və əməl. (Əbu Turxan)
İstedad da, şöhrət də inkişaf üçün hərəkətverici qüvvədir; sadəcə istedad insanı öz istədiyi səmtə aparır, şöhrətin isə hara aparacağı bəlli olmur. (Əbu Turxan)
İnsanın simasını müəyyənləşdirən onun azadlığı yox, bu azadlığa özünün qoyduğu məhdudiyyətlərdir. (Əbu Turxan)
İnsan yaddan çıxan yerdə fəlsəfədən danışmaq sadəlövhlükdür. (Əbu Turxan)
İki azad adam bir yerdə azad ola bilməz. (Əbu Turxan)
İdrakı rəmz edib bir gül sandılar, Aqil olanları bülbül sandılar, Vaxt keçdi, rəmz itdi, sonra gələnlər, Təkcə bülbül ilə gülü andılar. (Əbu Turxan)
İki fərqli iradə növü var: xarici iradə – əməli, daxili iradə isə – düşüncəni hərəkətə gətirir. Amma onlar nadir hallarda bir yerdə (eyni adamda) olurlar. (Əbu Turxan)
İnsan cismən bir, fikrən başqa zaman və məkanda ola bilər. (Əbu Turxan)
İstedadlı adamlar hamısı böyük iş görə bilərlər. Dahilik isə bu işlərin yönəldilməsində üzə çıxır. (Əbu Turxan)
İnsanın başı qatışıq bir aləmdir. Hansı hissənin işıqlanması işığın hansı tərəfdən düşməsindən asılıdır. (Əbu Turxan)
İnsanı aşağı çəkən qüvvələr sərvət və şəhvət, insanı ucaldan yaradıcılıqdır. (Əbu Turxan)
İnsan cisimlərin özündə olmayan yeni bir şey yarada bilməz. (Əbu Turxan)
İti qılınc korş qılıncdan daha mərhəmətlidir. (Əbu Turxan)
İdeya – onu irəli sürən adamdan daha çox, vaxtında ona yiyələnənlərə xidmət edir. (Əbu Turxan)
İdrak və inamın hər biri öz yerində gözəldir. Başqasının sahəsinə keçdikdə isə mürtəceləşirlər. (Əbu Turxan)
İnsanın öz dünyasını genişləndirməsi təkcə öz şəxsi həyatı sayəsində deyil, həm də başqa insanların yaşantılarını da öz dünyasına qatması sayəsində mümkün olur. (Əbu Turxan)
İnsan gələcəyə öz keçmişinin çiynində gedir. (Əbu Turxan)
İnsan cismən məhdud olsa da, mənən tükənməzdir. (Əbu Turxan)
İç dünyasının naməlum qatlarıancaq ilhamlı məqamlarda işıqlanır və sonra yenəqaranlığa bürünür. (Əbu Turxan)
İnsan dünyanı necə mənalandırırsa, elə də dərk edir. (Əbu Turxan)
İnsan yarımçıqdır; onun digər yarısı bütün yerdə qalan dünyadır. (Əbu Turxan)
İnsanın xoşbəxtliyi üçün içindəki işıq yetərli deyil; yaşadığı mühit də işıqlı olmalıdır. (Əbu Turxan)
İşıq hər tərəfi bürüyəndə, onun mənbəyi diqqəti cəlb etmir. (Əbu Turxan)
İnsanın məqsədi Allaha çatmaq yox, O-na səcdə etmək olmalıdır. (Əbu Turxan)
İnsanın bütün həyatı böyük məqsədlərə yönəlməlidir. Amma hərdən bir nəfəsini dərmək üçün tez bəhrə verən işlərə də vaxt ayırmaq olar; bu şərtlə ki, yenidən yoluna davam edəsən. (Əbu Turxan)
İlk məhəbbətin mövhumi obrazı aşiqin özü tərəfindən yaradılmış olur. Yaradan yaratdığını sevməyə bilərmi!? (Əbu Turxan)
İnsan bu fani dünyada daim yol gedir ki, nəhayət, onun cazibəsindən kənara çıxsın. Amma bu ona ancaq ömrün sonunda müyəssər olur. (Əbu Turxan)
İnsan cismani aləmdəki şeyləri, hadisələri mənimsəyərkən onları şərəfləndirmiş olur. (Əbu Turxan)
İdeyanın öz yetkinliyi hələ yetərli deyil; onun həyata keçməsi üçün məqamın da yetişməsi lazımdır. (Əbu Turxan)
İnsan nəzərləri aləmə tuşlanaraq onu ancaq öz baxış bucağında işıqlandırır. Həmin anda insanın özü də məhz öz baxış bucağına bərabər olur. (Əbu Turxan)
İnsanla uzlaşmayan dünyalar insan üçün yoxdur və insan özü də həmin dünyalarda yoxdur. (Əbu Turxan)
İnsan o vaxt xoşbəxt olur ki, iç dünyası ilə içində yaşadığıdünya uyğun gəlsin. (Əbu Turxan)
İçki məclisində ayıq adama münasibət necədirsə, naqis mühitdə düz adama münasibət də elədir. (Əbu Turxan)
İnsan sifətini güzgüdə gördüyü kimi, qəlbini də ancaq könül güzgüsündə görə bilər. (Əbu Turxan)
İlahi məhəbbət sevginin müqəddəslik duyğusu ilə birləşməsindən doğulur. (Əbu Turxan)
İki işığın təmasından daha böyük işıq da yarana bilər, qaranlıq da. (Əbu Turxan)
İnsan var dərya kimidir, baş vurdunsa, çıxmaq çətindir; insan var ki, divar kimidir, qarşında durur və heç nə görə bilmirsən; insan var ki, şüşə kimidir – dünyanı sənə göstərməyə çalışır; insan var ki, ayna kimidir, səni özünə göstərməyə çalışır. (Əbu Turxan)
İnsan ömrü boyu tamamlanmağa, bütövləşməyə, Vahidə can atır. (Əbu Turxan)
İnsan ancaq yaranmaq məqamı çatmış olan şeyi yarada bilər. (Əbu Turxan)
İnsan dəyişdikcə dünya da onun üçün dəyişmiş olur. Müxtəlif inkişaf səviyyələrində insan öz dünyasını hər dəfə yenidən qurur. (Əbu Turxan)
İnsan ona bəxş edilmiş ömrü heç vaxt tam yaşamır. Ömür qismətin ancaq bir qismidir. (Əbu Turxan)
İlahi eşqin başlıca əlaməti pərəstiş duyğusudur. (Əbu Turxan)
İnsan ilə onun dünyası eyni tərbibli olur; hər bir məqamda insan özü nədirsə, dünya da onun üçün elə odur. (Əbu Turxan)
İnsan gələcəyini də bu gün yaşayır. (Əbu Turxan)
İnsanın ən böyük səyahəti öz daxili aləminə səyahətidir. (Əbu Turxan)
İnsanın işığı artdıqca bu fani dünya ona daha qaranlıq görünür. (Əbu Turxan)
İnsanın mənəvi dünyası əslində dünyadakı mənaların dünyasıdır. (Əbu Turxan)
İnsanı insan edən ağıl yox, mənəvi qadağalar, əxlaqi sədlərdir. Lakin bu sədlər özü də vaxtaşırı ağıl süzgəcindən keçirilməlidir. (Əbu Turxan)
İnsan qəlbinin dərin qatları düşüncə ilə yox, sevgi ilə işıqlanır. (Əbu Turxan)
İnsan həqiqəti öyrənmək üçün təbiətin dilini öyrənir. (Əbu Turxan)
İnsan üçün iki dünya var: birinin içində yaşayır, o birini öz içində qurur. Birinci yad, ikinci – doğmadır. (Əbu Turxan)
İnsan yaratdıqca ucalır, ucaldıqca daha yaxşı yaradır. (Əbu Turxan)
İstək reallıqdan uzaq olanda xoşbəxtliyin qapıları bağlanır. (Əbu Turxan)
İctimai hadisəyə çevrilmiş din artıq din deyil. (Əbu Turxan)
İnsan özündə ən azı rüşeym halında olmayanı başqasında görə bilməz. (Əbu Turxan)
İnsan oğlu hər gün çarmıxa çəkilir; keçmiş ayaqları pərçimləyir, gələcək isə əllərindən tutub dartır. (Əbu Turxan)
İnsanlar bəlkə də pisliyi bağışlayar, amma təhqiri - heç vaxt! (J.Nerval)
İnam dünyanı müqəddəsləşdirir. Sədaqət ona qovuşdurur. (Teyar de Şarden)
İmam Əskəri (ə): "Elə bir izzət sahibi olmaz ki, haqdan əl çəkdikdən sonra zəlil olmasın. Elə bir zəlil və aciz olmaz ki, haqqı tapdıqdan sonra əziz və qüdrətli olmasın." (İmam Həsən Əskəri)
İnsan sevdiyini tərk etməz. Sevmək tərk edər insanı. (Attila İlhan)
İnanmaqda gec sevməkdə teziydim. (Attila İlhan)
İşıqlıq nəyin olur sənin? (Attila İlhan)
İndi artıq isbat olunmuşşeylər əvvəlcə ancaq təxəyyüldə mövcud olmuşdu. (Bleyk)
İnsan özünə əyləncə və məşğuliyyət tapa bilməyəndə, başqalarını əyləndirməyə başlayır. (Vovenarq)
İşgüzar adamlar işdən çox, işsizlikdən yorulurlar. (Vovenarq)
İstəklərimizi vaciblik dərəcəsinə görə yerləşdirən ürək, onlara rəhbərlik edən isə ağıldır. (Vovenarq)
İnsana ən böyük mükafatı da vicdanı verir, ən böyük cəzanı da. (Vovenarq)
İnsan ualanla ülfət etdikdə, ağıl və istedad onu tərk edir. (Vissarion Belinski)
İnsan əxlaqi cəhətcə nə qədər yüksəkdirsə, o qədər cəsarətlə də özünün zəif və nöqsan cəhətlərini görə bilər. (Vissarion Belinski)
İnsan yalnız bilmədiyi şeydən qorxur, bilik isə hər cür qorxuya qalib gəlir. (Vissarion Belinski)
İnsanlar adətən malik olduqlarından həzz almaq əvəzinə, malik olmadıqlarından danışırlar. (Vissarion Belinski)
İnsan, əgər insan qalacaqsa, tərəf tutmaq məcburiyyətindədir. (Qrem Qrin)
İqtidar Sizi Haradan Yaralayırsa, Ora Sizin Şəxsiyyətiniz Olar. (Milan Kundera)
İnsan yaradıcılığı təbiətin təqlididir. (Hobbs)
İki qadın danışanda heç bir şey danışmazlar; bir qadın danışanda bütün bir həyatı açıqlayar. (Xəlil Cibran)
İlham, daim mırıldanar, əsla açıqlanmaz. (Xəlil Cibran)
İstəsəniz səhv düşünün, amma hər vəziyyətdə öz başınızla düşünün. (Doris Lessinq)
İnsan ağıllı bir varlıqdır...belə olduğu üçün də lazımlı qidasını elmdən alır lakin insanın məlumatının sahəsi elə dardır ki, elmdən aldığı qidalardan ancaq çox az bir qismi üçün ümidlənilə bilər. (Devid Yum)
İnsan təbiəti əlimizdəki yeganə elmdir. Yenə də bu günə qədər ən çox laqeydlik edilmiş olandır. (Devid Yum)
İnsan səhvini bir başqasına etiraf etdiyində unudar onu; amma çox zaman o biri adam bunu unutmaz. (Fridrix Nitsşe)
İnsan o qədər acı çəkər ki, bütün canlılar arasında tək o, gülməyi icad etmək məcburiyyətində qalmışdır. (Fridrix Nitsşe)
İnsan qəhqəhələrlə güldüyü zaman, kobudluğu ilə bütün heyvanları geridə buraxır. (Fridrix Nitsşe)
İnsan ruhu etdiyi seçimlərlə müəyyənləşir. (Fridrix Nitsşe)
İnsanlar işığın ətrafında toplanarlar- daha yaxşı görmək üçün yox, daha yaxşı parıldamaq üçün. (Fridrix Nitsşe)
İnsanın öz yaxşı cəhətlərinə görə xəcalət çəkməsi alicənablıqdır. (Fridrix Nitsşe)
İnsanlarla təmasdan qaçmıram. İnsanla insan arasındakı hədsiz uzaqlıq məni tənhalığa qovur (Fridrix Nitsşe)
İnsan irqini qurtaraq, ABŞ imperiyasını bitirək. (Uqo Çavez)
İndi sən gedirsən deyə hər kəs sənə bənzəyəcək. (Yılmaz Ərdoğan)
İlk baxışda aşiq oldun oldun yoxsa ikinci baxışda kimin nə mal olduğunu anlayacaqsan. (Bob Marli)
İnsanın qisməti insandır. (Bertolt Brext)
İnsan, ancaq onu düşünən heç kim qalmadığı zaman həqiqətən ölər. (Bertolt Brext)
İşimiz Allaha qalıbsa, olmuş bil.. (Şəms Təbrizi)
İnsanlar eşq axtarmır, eqoist duyğularına kölə axtarır. Kölə tapır amma eşqi tapa bilmir. (Şəms Təbrizi)
İnsanlar insan içində dəyişərlər, qəribə qəribə hallara girərlər. Bu görədir; tək olanda gerçəklərlə üzləşərlər! (Beydullah İmzaoğlu)
İstək ilə nəticə arasında keçilməz bir uçurum var ki, onu ancaq qüvvətli simalar keçə bilirlər. (Cəfər Cabbarlı)
İnsanın həyatinda cəmi üç böyük hadisə var: doğulmaq, yaşamaq və ölmək. O necə doğulduğunu hiss etmir,insan kimi yaşamağı unudur və əzablar içində ölür. (Jan de Labrüyer)
İnsanı yaxşı tanıtmaq istəsən, heç kəsi inandıra bilməzsən, yox, əgər pisləsən, hər kəsi inandırarsan. (C.Dreper)
İnsan hetero, bi və ya homoseksual ola bilməz.Ya seksual olmalıdır, ya da yox. (Madonna)