Alın yazısını ancaq alın təri ilə yumaq mümkündür. (Cübran)
Başlama, başladınsa, başa çatdır. (Əbu Turxan)
Bir bütöv iş yüz yarımçıqdan üstündür. (Əbu Turxan)
Bir elm öyrənmək istədikdə sən Çalış ki, hər şeyi kamil biləsən Kamil bir palançı olsa da insan Yaxşıdır yarımçıq papaqçılıqdan. (Nizami Gəncəvi)
Bizdən qabaqdadır avropalılar, İşi iş bilənə tapşırır onlar. (Şəhriyar)
Böyük iş kiçik işlərin toplanmasından yaranmır. Böyük iş üçün böyük ideya lazımdır. (Əbu Turxan)
Böyük işləri vəd vermədən həyata keçirin. (Pifaqor)
Böyük məqsədə çata bilmək üçün kiçik məqsədlərdən imtina etməyi bacarmaq lazımdır. (Əbu Turxan)
Bu gün keçmiş nəsillərin gördükləri böyük işlər əvvəllər bir insanın ağlında gizli yaranan bir fikir olub. (Cübran)
Çalışmayana Allah da yardım etməz. (Sofokl)
Çətin iş vaxtında etmədiyimiz asan işlərin üst-üstə yığılması ilə meydana gəlir. (Jan Jak Russo)
Darıxma iş görünsə bir qaranlıq quyuda Çünki qaranlıqdadır o dirilik suyu da. (Sədi Şirazi)
Dünyada heç bir böyük iş ehtirassız görülə bilməz. (Georq Vilhelm Fridrix Hegel)
Düşüncə və zəhmətin barı tez yetişmir. (Vovenarq)
Düzgün yol məqsədə çatmaq üçün ən yaxın yoldur. (Nəsirəddin Tusi)
Əgər səhv etməsəydim, çox az iş görə bilərdim. (Qabriel Marsel)
Ehtiyatlı olmaq gözəl bir şeydir, lakin bilmək lazımdır ki, hətta tısbağa belə irəli getməyi üçün başını möhkəm çanağının içindən çıxartmaq məcburiyyəti qarşısındadır. (Rövşən Abdullaoğlu)
Əlindən iş gələn – iş görür, iş gəlməyən – başqalarını öyrədir. (Corc Bernard Şou)
Əlinə tikan batmadan qızıl gül toplaya bilməzsən. (Bencamin Franklin)
Ən böyük çətinliklər onları gözləmədiyimiz yerdən çıxır. (İohann Volfqanq Göte)
Ən ləng insan da, əgər məqsədli iş görürsə, məqsədsiz dolaşan insandan daha cəld gedir. (Doris Lessinq)
Ən pis memar ən yaxşı arıdan onunla fərqlənir ki, mumdan pətək hazırlamamışdan öncə o onu öz beynində artıq hazırlayıb. (Karl Marks)
Ən şirin meyvə öz zəhmətimizin meyvəsidir. (Vovenarq)
Eyni nəticəyə müxtəlif yollarla gəlmək olar. Məharət bu yolların ən qısasını seçə bilməkdədir. (Əbu Turxan)
Gözüaçıq olmayan insanlar məqsədə çatmayan yox, ondan yan keçən insanlardır. (Fransua de Laroşfuko)