Aforizm – dəliliklə dahilik arasında şimşək kimidir. (Əbu Turxan)
Aforizm fikrin ən az sözlə dillənməsidir. (Əbu Turxan)
Aforizmlər söz sədəfinə salınmış həqiqət inciləridir. (Əbu Turxan)
Ana ideya olmadıqda ideyaların çoxluğu yoxluğundan betər olur. (Əbu Turxan)
Bir ideya min bir hadisə libasında üzə çıxır. (Əbu Turxan)
Böyük ideya axınları sel kimidir; qarşısına çıxan bütün ufaq, zərif, yeni cücərən pöhrələri yuyub aparır. (Əbu Turxan)
Böyük ideyalar amansızdır. (Anri de Monterlan)
Böyük kəşflər o qədər işıqlı olur ki, yaxın ətrafdakı kiçik yeniliklər onun kölgəsində qalır. (Əbu Turxan)
Dərin ideyaların şəffaflığı özünün dərinliyi üzündən tutqunlaşan təmiz sulara bənzəyir. (Helvetsi)
Düşüncələrimizə hakim olan və əqidələrimizi tabe etdirən ideyalar elə bir zəncirdir ki, ürəyimizi qırmadan onlardan azad ola bilmərik. (Karl Marks)
Ədəbiyyatın vəzifəsi hadisələri ideyaya çevirməkdir. (Santayana)
Hansısa yeni ideyanın cücərə bilməsi üçün onu böyük ideyaların qızmar günəşindən qorumaq lazımdır. (Əbu Turxan)
Hər bir dövr yeni ideyaları əldə etməklə yeni göz də əldə edir və insan ruhunun qədim əsərlərində çoxlu yeni şeylər görür. (Heyne)
Hər bir dövrün müvafiq düşüncəli insanlara ehtiyacı olur. (P.Kapitsa)
Hər dövr deyə bildiyini deyir. (Jil Delez)
Hər hansı yeniliyi sübuta yetirmək çətindirsə, deməli, ona hələlik ehtiyac yoxdur. (Vovenarq)
Həyatımız səyahət, ideya isə bələdçimizdir. (Viktor Hüqo)
İdeya – onu irəli sürən adamdan daha çox, vaxtında ona yiyələnənlərə xidmət edir. (Əbu Turxan)
İdeya ağlı artırmır, yönəldir. (Əbu Turxan)
İdeya əbədi, iradə isə sonludur. (Əbu Turxan)
İdeya faktdan üstündür. (Onore de Balzak)
İdeya heç vaxt ölmür; ona yiyələnən hər bir yeni şəxsin simasında o öz növbəti həyatını yaşayır. (Əbu Turxan)
İdeya iradə ilə birləşəndə gücə çevrilir. (Əbu Turxan)
İdeya söz meşəsində az rast gəlinən ovdur. (Viktor Hüqo)
İdeya sürtünmə nəticəsində alovlanır. (K.Buniç)
İdeya təkamülü olmayanda ideya çevrilişlərinə ehtiyac yaranır və onun da qarşısı alınanda, başsız inqilablar – kütləvi iğtişaşlar başlayır. (Əbu Turxan)
İdeya zaman hüdudlarını keçərək nə vaxtsa yeni bir iradə ilə birləşir və keçmiş yenidən canlanır. (Əbu Turxan)
İdeyalar kütləni ələ alanda gücə çevrilir. (Vladimir İliç Lenin)
İdeyalar öz ardıcıllarını tapması müqabilində yaşayır. (Qabriel Marsel)
İdeyaları yalnız ideyalar zərərsizləşdirə bilər. (Onore de Balzak)
İdeyanı yaşatmaq onun uğrunda ölməkdən daha şərəflidir. (Əbu Turxan)
İdeyanın öz yetkinliyi hələ yetərli deyil; onun həyata keçməsi üçün məqamın da yetişməsi lazımdır. (Əbu Turxan)
İdeyaya uyğun yaşamaq onun uğrunda ölməkdən daha çətindir. (A.Adler)
Kəşf özü faydalı olsa da, onun eyforiyası ziyan gətirir. (Tur Xander)
Okeanda olduğu kimi, hadisə və mahiyyət (ideya) dünyasında da qabarma və çəkilmələr bir-birini növbə ilə əvəz edir. (Tur Xander)
Qərbdə ideya binanın ümumi strukturunu əks etdirir, Şərqdə isə hər kərpicin öz ideyası vardır. (Əbu Turxan)
Silahlı üsyandan əvvəl ideyaların üsyanı baş verir. (U.Fillips)
Yalnız o ideyalar həqiqidir ki, daxilən yaşanıbdı. (R.Rollan)
Yeni doğulan ideyaların yaşaya bilməsi üçün müsbət aura lazımdır. (Əbu Turxan)
Yeni ideya vəhşi at kimidir; sənə xidmət etməsi üçün gərək əvvəlcə onu ram edəsən. (Əbu Turxan)