• Ancaq qarşısında məsuliyyət daşıdığın adama xəyanət etmək olar. (Əbu Turxan)
  • Bəzən qan izinin kəsilməsi naminə də öncə qan tökmək lazım gəlir. (Əbu Turxan)
  • Bir insan barəsində yol verilmiş ədalətsizlik hamı üçün hədədir. (Şarl Lui Monteskyö)
  • Bütün ədalətsizliklər arasında ən dözülməzi qanun adı altında törədilən ədalətsizlikdir. (Aristotel)
  • Deyirlər qalibləri mühakimə etmirlər. Görünür, ona görə ki, mühakimə etməli olanlar artıq susdurulmuş olur. (Əbu Turxan)
  • Dövlətin əsası ədalətdir. (Ömər ibn əl-Xəttab)
  • Ədalət kainatın ruhudur. (Ömər Xəyyam)
  • Ədalət yer üzündə Allahın tərəzisidir. (Hz. Əbu Bəkr)
  • Ədalət yolu abadlığa aparır, amma yolun özü çox vaxt daşlı-kəsəkli olur. (Əbu Turxan)
  • Ədaləti çox sevsək də,
    ədalətli insanları o qədər də sevmirik. (Jozef Roux)
  • Ədalətli müharibə təhqiramiz sülhdən yaxşıdır. (Əbu Turxan)
  • Ədalətsiz rejimi ədalətlə yıxmaq lazımdır. (Mahatma Qandi)
  • Ədalətsizlik – mərdin ibadət məqamında namərdin əlinə qılınc verməkdir. (Əbu Turxan)
  • Ədalətsizliklə ədaləti bərpa etmək olmaz. (Heydər Əliyev)
  • Ədalətsizliyin üç növü var: adi zorakılıq, qanun adıyla pərdələnən zorakılıq, bir də qanunun öz qəddarlığı. (Frensis Bekon)
  • Gücə söykənməyən ədalət aciz, ədalətə söykənməyən güc isə zalımdır. (Blez Paskal)
  • Gücün kimin tərəfində olmasının mənim üçün əhəmiyyəti yoxdur; əhəmiyyətli olan odur ki, haqq kimin tərəfindədir. (Viktor Hüqo)
  • Hakim – danışan qanun, qanun isə – lal hakimdir. (Mark Tulli Siseron)
  • Hamıya eyni gözlə bax ki, böyüyü böyük, kiçiyi kiçik görəsən. (Əbu Turxan)
  • Haqq ədalətdən, ədalət mərhəmətdən yüksəkdir. (Əbu Turxan)
  • Haqq yolunun nişangahı ağlın gücü yox, qəlbin təmizliyidir. (Əbu Turxan)
  • Haqqın qoruna bilməsi üçün hərbə hazır olmaq lazımdır. (Əbu Turxan)
  • Haqqın qulu hürr insandır. (Məhəmməd İqbal)
  • Haqsızlığın ilk qurbanları haqq adamları olur. (Əbu Turxan)
  • Hər kəsin aşkarda and içmədən də üzərinə götürdüyü andlar var, Vətən borcu və insanlıq borcu var. (Əbu Turxan)
  • Hüququn ən qəddar düşməni imtiyazdır. (M.Ebner-Eşenbax)
  • İcbari şəraitdə içilən andın mənəvi gücü yoxdur və məcburiyyət qalxandan sonra ondan azad olmamaq sadəcə kişiliyin imitasiyasıdır. (Tur Xander)
  • İti qılınc korş qılıncdan daha mərhəmətlidir. (Əbu Turxan)
  • Kəssə hər kim tökülən qan izini,
    Qurtaran dahi odur yer üzünü. (Hüseyn Cavid)
  • Kim güclüdürsə, o, haqlıdır fəlsəfəsi ilə kim haqlıdırsa, o, güclüdür fəlsəfəsi iki əks qütbdür. Gerçək həyat bu qütblərin arasındadır. (Əbu Turxan)
  • Məmləkətlər qılıncla alınır, lakin ədalətlə mühafizə edilir. (Əmir Teymur)
  • Pis qanunlar zülmün ən pis növüdür. (Edmund Bark)
  • Qanun əmrdən onun amiranəliyini, əmr isə qanundan onun labüdlüyünü götürür. (Berqson)
  • Qanun güclüdür, ehtiyacsa ondan da güclü. (İohann Volfqanq Göte)
  • Qanunlar hörümçək toru kimidir: iri milçəklər ondan keçir, xırdaları isə ilişib qalırlar. (Şarl Lui Monteskyö)
  • Qurda rəhm etmək quzunu bada verməkdir. (El hikməti)
  • Şərin qələbəsi əslində məğlubiyyətdir: xeyirin məğlubiyyəti! (Əbu Turxan)
  • Xəyanət andın pozulmasıdır. (Əbu Turxan)
  • Xəyanət insanın öz öhdəliklərini unutmasıdır. (Əbu Turxan)
  • Yamanlara yaxşılıq etmək, yaxşıların haqqında pislik etmək kimidir. (Abbasqulu ağa Bakıxanov)
  • Zülmün topu var, gülləsi var, qələsi varsa,
    Haqqın da bükülməz qolu, dönməz üzü vardır. (Tofiq Fikrət)
Top