Adamın iç üzü adam içinə çıxanda məlum olur. (Əbu Turxan)
Adamları öyrətmək onları öyrənməkdən asandır. (Fransua de Laroşfuko)
Ayaqsız bir uşağa rast gələnə qədər ayaqqabısız olduğum üçün kədərlənirdim. (Anatol Frans)
Başqaları üçün qaydalar, özümüz üçün istisnalar yaradırıq. (Şarl Lemel)
Başqalarını tanıdıqca insan özünü də tanıyır. (Əbu Turxan)
Başqasının çaldığına oynamaq özü çalıb özü oynamaqdan daha asandır. (Əbu Turxan)
Başqasının xarakterini təsvir edərkən insanın xarakteri daha yaxşı üzə çıxır. (Jan Pol)
Buyurmaqdan öncə itaət etməyi öyrən. (Solon)
Çoxlu qüsurları olan insanlar qüsurları ilk növbədə başqalarında görürlər. (Frensis Bekon)
Çoxu azın səviyyəsinə yüksəltmək, azı çoxun səviyyəsinə salmaqdan qat-qat çətindir. (Əbu Turxan)
Ən çətini özünü dərk etmək, ən asanı isə – başqalarına məsləhət verməkdir. (Fales)
Əsl səhvlər düzəldilə bilməyən səhvlərdir. (Konfutsi)
Heç nə etməyən səhvə yol verməz; əslində bu, onun elə əsas səhvidir. (Lev Tolstoy)
Həqiqi tərbiyə qaydalardan daha çox məşqlərdən ibarətdir. (Jan Jak Russo)
İnsan öz yaxın ətrafından, digər insanlardan hətta zəhləsi də getsə, onlarsız yaşaya bilməz. (İmmanuel Kant)
İnsanlar öyrədərək öyrənirlər. (Kiçik Seneka)
İnsanların səni tanımadıqlarından narahat olma, sən insanları tanımadığına görə narahat ol. (Konfutsi)
Kənardan qəbul etdirilən bir əhval uzunömürlü ola bilməz. Əsas olan real həyatın insana təlqin etdiyi əhvaldır. (Əbu Turxan)
Kiçik nöqsanlar böyük səhvlərə aparır. (Kiçik Seneka)
Məsləhətin nəticəsi üçün məsuliyyət nəzərdə tutulsa idi, məsləhətçi tapmaq çətin olardı. (Əbu Turxan)
Öz təcrübəmizdən dərs götürmürüksə, yaxşı məsləhətlərdən nə fayda? (Vovenarq)
Öz vəziyyətindən razı qalmaq üçün onu daha pis vəziyyətlə müqayisə etmək lazımdır. (Bencamin Franklin)
Özümüz haqqında ideallarımıza görə, başqaları haqqında - əməllərinə görə fikir yürüdürük. (Qarold Nikolson)
Özümüzə münasibətdə kiçik saydığımız xətanı başqalarına münasibətimizdəki ən məkrli xəyanətdən daha amansızlıqla mühakimə edirik. (Fransua de Laroşfuko)
Pis tərbiyə almış adamı yenidən tərbiyələndirməkdən çətin şey yoxdur. (Y.Komenski)
Qanunun qadağan etmədiyi bəzi şeyləri tərbiyə hissi qadağan edir. (Kiçik Seneka)
Qardaşın qanını alma qardaşdan Tamam ayrışeydir çünki südlə qan. (Nizami Gəncəvi)
Qayda və göstərişlər yolu uzun, şəxsi nümunə yolu isə aydın və konkretdir. (Kiçik Seneka)
Qocaların məsləhətləri qış günəşi kimidir: işıqlandırır, amma isitmir. (Vovenarq)
Səhvə yol vermək qorxusu adamı başqa səhvə sövq edər. (Horatsi)
Səhvi düzəltməmək ən böyük səhvdir. (Konfutsi)
Tərbiyəçi qarşısındakını öyrətməzdən əvvəl onu öyrənməlidir. (Əbu Turxan)
Tərbiyəçinin özü də tərbiyəli olmalıdır. (Karl Marks)
Uşağın sevmədiyi adamın uşağı cəzalandırmağa haqqı yoxdur. (Con Lokk)
Uşaqlara öyüd-nəsihət yox, nümunələr lazımdır. (Jozef Juber)
Yaşlı nəsil gənclikdən narazılıq söyləyəndə onları kimin yetişdirdiyini unudur. (Əbu Turxan)