Ağıl alovlanmağa başlayanda könül olur. (Məhəmməd İqbal)
Ağıl artdıqca instinkt zəifləyir. (Əbu Turxan)
Ağıl başda olanda bədən də özünü ağıllı aparır. (Əbu Turxan)
Ağıl çatışmayan yerdə heç nə çatışmır. (Corc Sevil Qalifaks)
Ağıl dişi hamıda çıxır, amma ağıl gözü hamıda açılmır. (Əbu Turxan)
Ağıl gücə çevrilər, güc ağıla çevrilə bilməz. (Əbu Turxan)
Ağıl iki cürdür: biri sonradan qazanılan ağıl, biri isə fitrətdən gələn ağıl. (Əbu Turxan)
Ağıl olan yerdə zora ehtiyac yoxdur. (Heydər Əliyev)
Ağıl zorun qarşısını kəsmək üçün yox, onun bilmədiyi yolla getmək üçündür. (Əbu Turxan)
Ağıla nə işlə məşğul olacağını könül öyrədir. Könül kamilləşməsə, ağıl şər işlərlə məşğul olar. (Oqtay Sinanoğlu)
Ağıllı adam öz ağlından, daha ağıllı adam isə başqalarının ağlından yararlanırlar. (Corc Bernard Şou)
Ağlı olanın yolu güclü olanın yolu ilə kəsişmir, çünki o həmişə fərqli yollar seçə bilir. (Əbu Turxan)
Bəd fikir hələ hissə çevrilməmiş və bədənə hakim kəsilməmiş, hələ fikir halında qarşısı alınmalıdır. (Əbu Turxan)
Çılpaq fikir darıxdırıcı, çılpaq duyğu utandırıcıdır. (Əbu Turxan)
Cismani həyatın dalğalarında feyz alan fikir dəryasına baş vurunca qərq olar. (Əbu Turxan)
Çiy fikir söyləmək çılpaq gəzmək kimi bir şeydir. (Əbu Turxan)
Düşüncə təzadları ilə bütündür. (Cəmil Meriç)
Düşüncəni parlaq və cazibədar formaya salmaq onu kiçildir. (Cəmil Meriç)
Duyğu əqlin, əql ruhun əsiridir. Ruh əqlin əlini açınca, əvvəl sənə hakim olan duyğu sənin tabeçiliyinə keçər. (Cəlaləddin Rumi)
Ehtirasın hakimiyyəti zəiflədikcə, əqlin meydanı genişlənir. (Əbu Turxan)
Əqli dərk hissi dərkdən daha güclüdür, çünki hisslər şeylərin ancaq xarici ölçülərini, əql isə həm xarici, həm də daxili ölçülərini əks etdirir. (Ş.Y. Sührəvərdi)
Fikir nə qədər sadə olsa, o qədər yaxşıdır, artıq bəzək-düzək onu ağırlaşdırır. (Əbu Turxan)
Fikir üçün libas auditoriyaya uyğun seçilməlidir. (Tur Xander)
Fikir ümmün kimidir; bir fikrin sahilinə çatmamış, başqa bir fikrin dalğasında yeni səyahət başlanır. (Əbu Turxan)
Fikirlər də bəzən meyvə kimi ağacdan yetişməmiş tökülür. (Vitqenşteyn)
Fikirlərə hakim olan mala-mülkə də hakimdir, çünki hamını o idarə edir. (Əbu Turxan)
Gün işığı yarasanın gözünü qamaşdırdığı kimi, açıq-aşkar həqiqətlər də ağılı pərdələyir. (Aristotel)
Hiss – aşkarlanmamış fikirdir. Fikir sıxlaşaraq forma almış hissdir. (Əbu Turxan)
Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir. (Cübran)
İnsanın başı qatışıq bir aləmdir. Hansı hissənin işıqlanması işığın hansı tərəfdən düşməsindən asılıdır. (Əbu Turxan)
Nə haqda fikirləşməkdə diqqətli olun; bu günün düşüncələri şüuraltına keçir və sabahkı həyata yön verir. (Əbu Turxan)
Qəlb kor olduqdan sonra gözün görməsindən nə fayda?! (Mühəmməd peyğəmbər (SƏS))
Qəlblərə hakim olanın mala-mülkə zatən ehtiyacı yoxdur. (Əbu Turxan)
Sən ağıl tüfəngini doldur, çaxmaq özü işə düşəcək. (Əmin ər-Reyhani)
Uşaqlarınıza ən dəyərli töhfəniz ağıldır, qalanını özləri də əldə eləyə bilərlər. (İmmanuel Kant)
Vaxtından əvvəl ağacdan qoparılmış meyvə nə qədər saxlasan da yetişməz. (Cəlaləddin Rumi)
Yaxşı ağıl hələ azdır, əsas məsələ onu yaxşı tətbiq etməkdədir. (Rene Dekart)
Zəkaya qanad yox, qurğuşun bağlamaq lazımdır ki, onun sıçrayış və uçuşunun qarşısını almaq mümkün olsun. (Frensis Bekon)