• Oturaraq müvəffəqiyyətə çatan tək varlıq toyuqdur. (Oldos Haksli)
  • O xalqlar tarixdə daha düzgün mövqe tuta bilir ki, onlar başqalarının tarixindən də dərs almağı bacarırlar. Bu dərs isə təkcə tarixi salnamələr vasitəsilə deyil, daha çox dərəcədə bədii ədəbiyyat vasitəsilə mənimsənilir. (Nüaymə)
  • Oğullar analarının iffətli olduğuna inanarlar, qızlar da elə, amma onlar daha az inanarlar. (Anatol Frans)
  • Onlara zövq verin. Qorxunc bir yuxudan oyandıqları an eşitdiklərinin eyni. (Alfred Hiçkok)
  • Optimist yaranın üstündə artıq qabıq, pessimist isə qabığın altında yenə yara görər. (Uilyam Şekspir)
  • Optimist bir insan ayaqqabıları oğurlanınca "ayaqlarım var " deyə bilən insandır. (Sokrat)
  • O insan heç nəyə yararlı deyil - hansı ki yalnız özünə yararlıdır. (Volter)
  • On beş dəqiqəlik oxumağın aparmadığı kədərim olmamışdır. (Şarl Lui Monteskyö)
  • Oxumağı sevmək, həyatdakı cansıxıcı saatları ən gözəl saatlarla dəyişdirməkdir. (Şarl Lui Monteskyö)
  • O (Qərb), gül üzərində uçsa da, onun yalnız balını götürən arı kimidir. (Məhəmməd İqbal)
  • Oxuduğum türkülərin kölgəsidir övladım; Mənə məxsus vərəqlər var hər kitabda, hər dildə. (Mikayıl Müşfiq)
  • Otu yaşıl, səmanı mavi çəkən hər bir rəssamı sterilizasiya eləmək lazımdır. (Adolf Hitler)
  • O dövlət quruluşunda ki, qadınların hüququ tapdalanır, həmin dövlətin yarısı qanunsuzdur. (Aristotel)
  • Oxuyub yazanla oxumayıb yazmayan arasındakı fərq, ölülərlə dirilər arasındakı fərq qədərdir. (Aristotel)
  • Oğul, qadınlar pivə kimidir. Yaxşı qoxuları olur, yaxşı görünürlər. Bir dənə əldə edə bilmək üçün anana qarşı çıxarsan. Amma bir dənə ilə doymazsan, başqa bir qadın içmək istəyərsən. (Homer Simpson)
  • Oğul, pivə içmək istəməzsən. Pivə atalar və saxta vəsiqəsi olan uşaqlar üçündür. (Homer Simpson)
  • Oğlum, hamı axmaqdır - mən xaric. (Homer Simpson)
  • Oğul, nəvə, dost, müttəfiq, mənimlə bağlılığı olan hər kəs yaxşılığımdan nəsibləndi.Səadətimin parlaqlığı və yüksəkliyi heç kimi unutmağa səbəb olmadı. Tərəfimdən hər vaxt, hər kəs layiq olduğu mükafat və hörmətə qovuşdu.Ulduzumun sönüklüyü zamanlarında əldə etdiyim təcrübələr, dostlara qarşı necə, düşmənlərə qarşı necə davranmaq lazım olduğunu mənə öyrətmişdi (Teymurləng)
  • Onun təzə başı bilirdi ki, bir çox şeylər eynən dəniz dalğası kimi gedibdir. Təzə baş onu da bilirdi ki, bütün bu dəyişikliklərin səbəbini təzə adamlarda axtarmaq lazımdır və hər tərəfdən bədəninə batan tikanların ağrısına səbirlə dözdüyü kimi, baş verənlərin gətirdiyi kədərə də səbirlə dözməlidir. (Uilyam Qoldinq)
  • Olmadığın insan olaraq sevilməkdənsə olduğun insan olaraq nifrət edilmək daha yaxşıdır. (Andre Jid)
  • O yoxkən "xeyr sevmirəm, unutdum" deyib, onu görəndə əlin ayağın bir-birinə dolanırsa aşiqsən deməkdir. (Can Dündar)
  • O dostluq ki, artıq bitib, deməli heç dostluq da deyildi. (Publiy)
  • Onlar sənət edirlər biz isə duadayıq. (Əhməd Hamdi Tanpınar)
  • Orada insan əli ilə yaradılmış heç bir gözəllik yox idi... (Xudu Məmmədov)
  • Onu xalqın pis münasibətindən qanun qoruyurdu. (Xudu Məmmədov)
  • Osmanlı Dövləti çox böyük idi və geridə idi, Türkiyə daha kiçik və irəlidə olacaq. (Cahid Arf)
  • On səkkiz yaşa qədər əql ilə dəlilik mübarizədədir; on səkkiz yaş tamam olandan sonra hansı biri çox olsa, digərinə qalib gəlir. (Əli bin Əbu Talib)
  • Olmursa məcbur etmə, ya xəyalların qırılar ya ürəyin. Unutmuş kimi et. Çünki gözəl şeylər; onları heç gözləmədiyində reallaşar. (Qabriel Qarsia Markes)
  • Oğulumun adını mafiya qoydum, artıq mən də mafiya babasıyam. (Cem Yılmaz)
  • Oğurluq etməyin, hökumət rəqabətdən xoşlanmaz. (Cem Yılmaz)
  • O adam ilə bir yerdə işləyin ki, sizinlə intellekt baxımından bərabərdir. (Ceyms Uotson)
  • Oyunçuları mövsümün ortasında dəyişməyin. (Ceyms Uotson)
  • O, bu sözləri ölümqabağı demişdir: (Leonardo da Vinçi)
  • O kəs də xoşbəxtdir ki, hörmət etdiyi kəs haqqında xatirə belə onu özünü təkmilləşdirməyə sövq edir. (Kiçik Seneka)
  • O şey ki, verilir, o əlimizdən alına da bilər. (Kiçik Seneka)
  • Oğru varlını, varlı isə yoxsulu soyur. (Corc Bernard Şou)
  • O heç nə bilmir, ancaq fikirləşir ki, hər şeyi bilir: onun soyunda siyasətçi olmaq yazılıb. (Corc Bernard Şou)
  • Orta əsrlər olsaydı özümü tonqala atardılar. İndi isə təkcə kitablarımı yandırırlar. Görünür, tərəqqi elə buymuş (Nasist Almaniyasında kitablarının yandırılması haqqında) (Ziqmund Freyd)
  • O qədər çox yemə ağırlıq etsin,
    O qədər ac qalma, can əldən getsin. (Sədi Şirazi)
  • Oxuduğuna əməl etməyən alim məşəl gəzdirən kora bənzər. (Sədi Şirazi)
  • O işi ki, istəmirsən camaat səndən görsün, təklikdə də əncam vermə. (Mühəmməd peyğəmbər (SƏS))
  • Oruc tutarkən obaşdan yeyin, çünki obaşdanlıq bərəkətin əsasıdır. (Mühəmməd peyğəmbər (SƏS))
  • Oxumaq qidadır. Oxuyan insanlıq, bilən insanlıqdır. (Viktor Hüqo)
  • Oteldəki mağazada sadəcə iki düz kitab varıydı və ikisini də mən yazmışdım. (Duqlas Noel Adams)
  • Oxumaq, oxumaq, yenə də oxumaq! (Vladimir İliç Lenin)
  • O adamı ki, sən məndə sevirsən, əlbəttə, məndən yaxşıdır: mən belə deyiləm, amma sən sev və mən çalışaram ki, özümdən yaxşı olum. (M.M.Prişvin)
  • Olmasaydı sarsaqlar, ac qalardı yaltaqlar. (Mirzə Ələkbər Sabir)
  • Olmasaydı dünyada sarsaqlar, yəqin ki, ac qalardı yaltaqlar. (Mirzə Ələkbər Sabir)
  • O mənimlə məşğul olmağa və mənə xəyanət etməyə həmişə vaxt tapırdı. (Koko Şanel)
  • Okeanda olduğu kimi, hadisə və mahiyyət (ideya) dünyasında da qabarma və çəkilmələr bir-birini növbə ilə əvəz edir. (Tur Xander)
  • O yerdə ki quşlar oxur, söylənilən türkülər; Andırır ki, o torpağın zəngin təbiəti var. (Naməlum)
  • ONU tanısaydınız, ONun qarşısında dilləriniz lal kəsilərdi; ürəkləriniz və digər üzvləriniz hər halında ədəbli olardı. (Əbdülqədir Geylani)
  • O dost əsl dostdur ki, qüsurunu sənə çəkinmədən bildirər. (Nikola Bualo)
  • O dövlət yaxşıdır ki, orda natiqlərdən daha çox qanuna qulaq asırlar. (Xilon)
  • Oxunacaq ən böyük kitab insandır. (Hacı Bəktaş Vəli)
  • O şəxs bədbəxtdir ki, onun özəl hissi dünyası özgələşir;
    yəni ağıl və fikri həyatla, inamla, məhəbbət və etimadla birləşdirən ilməklər qırılır! (Georq Vilhelm Fridrix Hegel)
  • Oxumuş xalqların həqiqi cəsarəti vətən naminə özünü qurban vermə hazırlığından ibarətdir. (Georq Vilhelm Fridrix Hegel)
  • Ola bildiyincə az şey diləmək və çox şey öyrənmək istəyirəm. (Artur Şopenhauer)
  • O şey ki, bizlərə lap aşikardır
    Orda gizli bir xəzinə vardır. (Nizami Gəncəvi)
  • O insan ki, hər kəslə dostluq edə bilir, heç kəs üçün əsil dost ola bilməz (O.Bartelemi)
  • Oxumaq azadlıqdır. (Aliya İzzetbeqoviç)
  • Oxumaq insana bilik, söhbət – hazırcavablıq, yazmaq vərdişi isə dəqiqlik aşılayır. (Frensis Bekon)
  • Ocaqdan ancaq işıq saçılmır. Yanğının iztirabları da alovla birlikdə çıxıb səpələnir. (Əbu Turxan)
  • Ordu torpaqları, kitab könülləri fəth edir. (Əbu Turxan)
  • Onda ki, yalan taxta çıxır,
    Saf almaz saxta çıxır. (Əbu Turxan)
  • Ocağın nə çəkdiyini ancaq son qığılcımlar söyləyə bilər. (Əbu Turxan)
  • Odu sevənlər müxtəlif olur;
    kimi istisinə, kimi tüstüsünə, kimi işığına görə;
    kimi öz canını oda yaxmaq üçün, kimi başqalarını yandırmaq üçün. (Əbu Turxan)
  • O adam ki, özünə lazım olduğundan artıq pul yığmağa can atır, o, pulu özgəsi üçün yığır. (Əbül Fərəc)
  • Olmazmı qılıncda ağıl tədbiri
    Ağılda bir qılınc kəsəri ola? (Səməd Vurğun)
  • Osmanlıdan qalan bir mirasımız var. ‘Yeni Osmanlı' deyirlər. Bəli, Yeni Osmanlıyıq. Bölgəmizdəki ölkələrlə maraqlanmaq məcburiyyətindəyik. (Əhməd Davudoğlu)
  • Okeanda ölməz də insan, gedər bir qaşıq sevdada boğular... (Camal Sürəya)
  • Onlara Tanrı Türk adını verdi və Onları yer üzünə hakim etdi. (Mahmud Qaşğari)
  • Optimist insan gülün tikanlarını deyil, gülü görür; pessimist isə, gülü unutmuş kimi, gözlərini tikanlara zilləyir. (Xəlil Cibran)
  • Oturub dil tökəcək yerdə gedib tökməli tər,
    Min çalış qayən üçün, bir qazan ömründə yetər!
    Aləmdə ziya qalmasa, xəlq etməlisən, xəlq,
    Ey əlləri böyründə yatan, şaşqın adam, qalx! (Mehmet Akif Ərsoy)
  • Olmadı deyə sızlandığın duaya, gün gələr olmadı deyə şükür edərsən. (Şəms Təbrizi)
  • Otunu, sununu bilmədiyin könüllərdə qoyun güdmə! Yoxsa qaçıracağın keçilərə çobanlıq edə bilməzsən! (Şəms Təbrizi)
  • Oğul dəxi neyləsin, baba ölüb mal qalmasa (Dədə Qorqud)
  • O vaxtlarda, utancaq balıqlar üçün buzlu şüşədən akvariumu daha icad etməmişdim. (Alfons Alle)
  • Olmayan bir sevgilini inadla gözləmək - utandırmaqdır eşqi. (Cezmi Ərsöz)
  • Oyun bitəndə, şah da piyada da eyni qutuya qoyulur. (Aleksandr Puşkin)
Top