Şair – xalqın yaradıcı gücünün ifadəçisi, ruh aləmində baş verənləri əql dünyasına ötürən, fikir dünyasında baş verənləri bilik xəzinəsinə toplayan bir bələdçidir. (Cübran)
Şeir bir ürəyin döyüntüsü, bir ruh həyəcanı və göz yaşıdır. (Əbdülfəttah Şahin)
Şahmat həyat kimidir. Hər fiqurun öz funksiyası vardır. Bəziləri zəifdir, bəziləri isə güclü. Bəziləri oyunun əvvəlində işinə yarayar, bəziləri sonunda. Amma qazanmaq üçün hamısından istifadə etməlisən. Eynilə həyatda olduğu kimi, şahmatda da hesab tutulmaz. On fiqurunu itiribb, yenə də oyunda qalib ola bilərsən. (Adam Faver)
Şərəfli ölüm şərəfsiz həyatdan yaxşıdır. (Q.Təbrizi)
Şöhrət çox ağır yükdür və böyük insanlar bəzən bu yükə tab gətirməyib sınırlar. (Volter)
Şirin şeylər, sonu yaxşı bitən ağrılardır. (Esxil)
Şirin sözlər, şiddətli bir hirsə qarşı ən təsirli dərmandır. (Esxil)
Şərəfim həyatımdan daha qiymətlidir. (Migel de Servantes)
Şərə qalib gələn xeyir, şərə rast gəlməyən xeyirdən qüdrətlidir. (N.A.Berdyayev)
Şüşə, farfor və reputasiya - bunları sındırmaq çox asan yenidən əvvəlki vəziyyətinə qaytarmaq isə çox çətindir! (Bencamin Franklin)
Şairə ilhamdan maya gərəkdir. (Mikayıl Müşfiq)
Şair müvəffəqiyyətli olmaq üçün, əsərlərində maddi həyatı işıqlandırmaq məcburiyyətindədir. (Nazim Hikmət)
Şərqin mənəvi zənginliyi və Qərbin maddiyyatı arasında körpü qurmaq missiyası türklərin üzərinə düşür. (Oqtay Sinanoğlu)
Şeylərin faktiki necə olduğunu bilənlər təcrübəli, şeylərin əslində necə olmalı olduğunu bilənlər ağıllı, bu dəyişikliyi həyata keçirməyin yollarını bilənlər isə müdrikdirlər. (Deni Didro)
Şərqli öndərlər, millətlərinin başından ayrılmayaraq hər hökumətin təməli olan bu iki qanunu haqqıyla edirlər: yaxşı yola aparmaq və pisliklərdən qorumaq. Bu zadəgan hərəkət Ruslardan çox xüsusilə Türklərdə gözə dəyir. (Ogüst Kont)
Şair həyatda yaxşi nə varsa götürür və öz əsərinə daxil edir.Ona görə onun əsəri gözəl,həyatı isə çirkin olur. (Lev Tolstoy)
Şagirdlər müəllimlərin səhvləri kimi heç bir şeyi möhkəm yadda saxlamırlar. (Lev Tolstoy)
Şəxsi təcrübə - həyatda ən xeyirli şeydir. (Valter Skott)
Şairlər tanrının tərcüməçisidirlər. (Platon)
Şair yüngül qanadlı müqəddəs bir şeydir; ilham eşitmədən özündən keçmədən ağılı başında ikən bir şey yarada bilməz. (Platon)
Şəfqətli ol. Qarşılaşdığın hər kəs çətin bir mübarizə verir. (Platon)
Şair sözlərin arxasından qaçan adamdır. (Əhməd Hamdi Tanpınar)
Şam çadırımdakı cansızların kölgəsini necə də dirildib. Yanımdan dinməzcə burulub keçən çayın sakitliyini lilli suda toqquşan daşlar pozur. Su hey qalxır, qalxır, dalğaları çadırımın ətəyini yalayacaq qədər yaxınlaşır. Bu aramsız yağan yağış - göylərin göz yaşı... Göylərin dərdi necə də böyükdür. Göy gurultusu - elə bil göydəki nizam sökülür. Nə sakitliyinə sakitlik, nə də səsinə səs çatmaz, göylər! Sən bizi göz yaşlarınla qarşıladın! Səndən başqa mənim üzümü göz yaşları ilə kim islatdı? Qoy taleyim küsməsin, bu sözümü elə belə dedim. Vüsalı şirin olsa da, belə həsrətə dözmək çətin olardı. (Xudu Məmmədov)
Şairin özü bir yana, hər uğurlu sözü insanlar arasında bir körpü, bir bağlı teldir. (Xudu Məmmədov)
Şəxsiyyətə görə haqqı dəyərləndirmə, haqqı bil ki, onun yolçularını da tanıyasan! (Əli bin Əbu Talib)
Şiddət son dərəcəyə çatanda fərəhli anlar başlar. Bəla həlqələri daralanda genişlik üzə çıxar. (Əli bin Əbu Talib)
Şəhvətə qul olan pulla alınan kölədən, quldan da aşağıdır. (Əli bin Əbu Talib)
Şiddətə qarşı döyüş açın, şiddət yanlılarını güllələyin. (Cem Yılmaz)
Şair anam Azərbaycan, sən vüqarımsan; Nəğməmsən, şerimsən, şeriyyətimsən; Sən mənim dünənki yaralarımsan; Sən mənim bugünkü səadətimsən! (Əliağa Kürçaylı)
Şərqlilər dağın arxasında nə olduğunu görə bilirlər, lakin gözlərinin önündə nə olduğunu görmürlər. (Əmin ər-Reyhani)
Şərq doğru danışanda ona nadir hallarda inanırlar. Qərb isə yalan danışanda ona nadir hallarda şübhə ilə yanaşırlar. Birincinin sadəlövh doğruluğu heç bir məqsədə yönəlməyib, o birisinin saxta səmimiliyi nadir hallarda öz məqsədinə çata bilmir. (Əmin ər-Reyhani)
Şərəflə bitirilməsi lazım olan ən ağır vəzifə, həyatdır. (Aleksis de Tokvil)
Şairin qabiliyyəti və istedadı Aforizmlər: seçilmişlərdən seçilmişlər xaosdan harmoniya yaratmaqdır. (A.Blok)
Şamını gündüz yandıran gecə qaranlıqda qalar. (Sədi Şirazi)
Şərab şeytanın şahinidir deyirlər; insanları onunla ovlayarmış! (Məhməd Murad İldan)
Şeir gizli sözlərin bəyan edilməsinin bir növüdür. (Viktor Hüqo)
Şübhəsiz ki, Allah hər şeyi bilir, səni necə sevdiyimi də... (İlhan Bərk)
Şübhə elmin atasıdır. (Qalileo Qaliley)
Şöhrət küləyə bənzər; hər zaman eyni istiqamətdə əsməz. (Dante Aligyeri)
Şübhə mənə bilik qədər həzz verir. (Dante Aligyeri)
Şahlarla hakimlər bəraət və ya ittiham haqqında xahişlərə uymamalıdır. (Evripid)
Şeytan, işlərini etdirmək üçün işsiz əlləri seçər. (İsak Vots)
Şöhrət qabağa keçəndə gerçək inkişafın qarşısını kəsir. (Tur Xander)
Şübhə etməyən həqiqəti tapa bilməz. (Əbu Hamid əl-Qəzali)
Şərab dənizdən çox insan məhv edib. (Naməlum)
Şükrün əsası, nemətin sahibini bilmək, bunu ürəklə etiraf etmək və dillə söyləməkdir. (Əbdülqədir Geylani)
Şərəflə ömrünü sərf et maarif uğrunda; Gözətlə izzəti-nəfsin, unutma vicdanın. (Əliağa Vahid)
Şükür ki, yüz dənə axmaq bir araya gəlsə bir dənə ağıllı adam etməz. (Artur Şopenhauer)
Şöhrətpərəstlik insanı boşboğaz, qürur isə dinməz edir. (Artur Şopenhauer)
Şifahi nitq dönməzdir, – bu onun qismətidir. (Rolan Bart)
Şərafətli elm heç bir millətin malı deyil, kim ona yiyələnsə, onundur. (Cəlaləddin Əfqani)
Şair hər şeydən əvvəl yaşadığı cəmiyyətin problemlərinə, getdikcə bütün dünyaya qarşı cavabdehdir. (Pablo Neruda)
Şərəf, vəzifənin şeiridir. (Alfred De Viqni)
Şeir, bir ağıl xəstəliyidir. (Alfred De Viqni)
Şərəf və düzgünlük ədalətin təməlidir. (Mark Tulli Siseron)
Şairlər və qəhrəmanlar bir tayfadır. Onların arasındakı fərq ideya və əməl arasındakı fərq kimidir. Qəhrəmanlar şairlərin seyr etdiklərini həyata keçirirlər. (Alfons de Lamartin)
Şeir xoş bir təbəssümdən, ya da göz yaşlarından yaranır. (Rəsul Həmzətov)
Şagirdlərin bilmələri lazım olduğundan daha çox şey bilməyən bir müəllimdən daha qorxunc heç bir şey ola bilməz. (İohann Volfqanq Göte)
Şübhələnirsənsə, et! (Paulo Koelyo)
Şüur heç vaxt ağlamır, bu onun işi deyil. Ürəksə heç vaxt düşünmür, o bizə bununçün verilməyib. (Jorj Sand)
Şairə ilham sözün közünü üfürmək üçün lazımdır. (Əbu Turxan)
Şərin qələbəsi əslində məğlubiyyətdir: xeyirin məğlubiyyəti! (Əbu Turxan)
Şərqdə ayrılıqda ağıl da var, hövsələ də, amma ağlın hövsələsi yoxdur. (Əbu Turxan)
Şərqdə ağıl da hiss kimi ancaq yaxın məsafəni qət edir; uzağa getməyə nəfəsi çatmır. (Əbu Turxan)
Şüur ruhun bu dünya ilə bağlantısıdır. (Əbu Turxan)
Şöhrət dalğaları yüngül adamları tez yerindən oynadır. (Əbu Turxan)
Şerlə romanın nisbəti bulaqla dənizin nisbəti kimidir. Birinin hikməti səmimiliyində, o birinin hikməti ənginliyindədir. (Əbu Turxan)
Şairlər öz dövrünün sərvətindən gələcəyə ərməğanı durna qatarı ilə, alimlər – elm qatarı ilə göndərirlər. (Əbu Turxan)
Şərqi geri qoyan ətalət qüvvəsinin böyüklüyü yox, hərəkətverici qüvvənin kiçikliyidir; mənəvi sədlərin yüksəkliyi yox, intellektual cəhdlərin zəifliyidir. (Əbu Turxan)
Şərq təfəkkürü təəssüratçılıqla, Qərb təfəkkürü təfərrüatçılıqla səciyyələnir. (Əbu Turxan)
Şərqin idealı – insanın kamilləşməsi, Qərbin idealı – cəmiyyətin təkmilləşdirilməsidir. (Əbu Turxan)
Şərqdə cəmiyyət insanların toplusu, Qərbdə insanlar cəmiyyətin hissələridir. (Əbu Turxan)
Şair uzaq fəlsəfə dağından camaata sovqat gətirən Simurq quşudur. (Əbu Turxan)
Şərab insanı riyakar edir: ağlını alıb ona ən ağıllı olduğunu, gücünü alıb ən güclü olduğunu təlqin edir, sağlığını alıb sağlıq dedirdir. (Əbu Turxan)
Şəhvət məhəbbət kontekstində, məhəbbət isə həyat kontekstində dəyərlidir. (Əbu Turxan)
Şərqdə ürəkdən yanmaq, Qərbdə ürəkdən düşünmək ənənəsi var. (Əbu Turxan)
Şüurlu varlıq olduğu üçün insan yer üzünün əşrəfi sayılır. Göy üzünə isə o yalnız şüurundan azad olarkən yüksələ bilər. (Əbu Turxan)
Şöhrətpərəstin təkcə oturub-durduqları yox, düşməni də tanınmış olmalıdır. (Əbu Turxan)
Şöhrətli deyilən adam, həyatı boyunca bilinmək üçün çox çalışan, sonra da tanınmamaq üçün qara eynəklər taxan adamdır. (Fred Allen)
Şöhrətpərəstlik verib istedad bəxş etməmək taleyin insana etdiyi ən böyük pislikdir. (Vovenarq)
Şöhrətpərəst adamlardan diplomat çıxmaz: onlar susmağı bacarmırlar. (Vovenarq)
Şairin sözü insan qüvvəsinin sərkərdəsidir. (Səməd Vurğun)
Şair həqiqəti sübut etmir, o onu göstərir. (Vissarion Belinski)
Şübhə deyil, qətilikdir insanı dəli edən. (Fridrix Nitsşe)
Şeytanda insandakı xüsusiyyətlərin biri xaric hamısı vardır. Şeytanda əskik olan tək nemət eşqdir. Şeytanın insan dözə bilməməsi eşqsizliyindəndir. (Şəms Təbrizi)